Ağdaşda karate məşqçisinin qətlə yetirilməsinin təfərrüatı məlum olub - YENİLƏNİB
10:09 09.08.2018
Arxiv
650
Ağdaş rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.
Belə ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Bu gün baş verən qətldən əvvəl də hər iki tərəf arasında çoxsaylı münaqişə yaşanıb. Hadisəni törədən Hüseyn adlı gənc daha sonra polisə təslim olub.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
*** 13:09
Ağdaş rayonunda idman müəllimi öldürülüb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Ağdaş şəhər sakini, idman müəllimi Nizami İsmayılov həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual