Agentliyə icraçı direktor təyin edildi – FOTO
18:30 27.05.2021
Arxiv
470
Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan olub, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirib.
1998-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlayıb, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların icrasına cəlb olunub. 2012-ci ildən “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.
İclasda Agentliyin əməyin ödənişi fondunun, strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin layihəsi müzakirəyə çıxarılıb, Müşahidə Şurasının üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olunub.
Cari məsələlərin müzakirəsi zamanı Agentliyin texniki təminatı və qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat