“Ağıllı” paltarlar hazırlanır – BİZİ NƏLƏRDƏN QORUYACAQ?
14:12 02.02.2020
Arxiv
567
Son on ildə toxuculuq sənayesi yeni texnologiyalar sayəsində yüksək səviyyəyə çatıb. Artıq “ağıllı” parçalar, elektron tekstil və ya E-parça ortaya çıxıb, onlardan müxtəlif geyimlər hazırlanır.
Lent.az İct.az-a istinadən məlumat verir ki, “ağıllı” parçalar rabitə, çevrilmə, enerji ötürülməsi, kirdən təmizlənmə və s. imkanlara malikdirlər. Bu parçalar rəng və naxış dəyişdirməyə, işıqlandırmanı artırmağa, eləcə də insan orqanizmini qorumağa, fiziki fəaliyyətini artırmağa qadirdirlər. Yüksək texnologiyalı parçaların əsas tətbiq sahələri hərb, tibb və idmandır.
“Ağıllı” paltarlar xroniki xəstəlikləri olan insanlara vaxtında yüksək təzyiq və ya şəkərin səviyyəsi barədə siqnal verir, dərman preparatlarının vaxtlı-vaxtında qəbul etmələrini xatırladır, eləcə də insulinin inyeksiyasını həyata keçirir. Bu, həmçinin idmançılar üçün bədənin temperaturunu tənzimləyir, küləyə müqavimətini azaldır, əzələlərin titrəməsini idarə edir.
“Ağıllı” parça yalnız məlumat toplamaqla kifayətlənmir, həm də xarici stimullara və ya ətraf mühitin dəyişikliklərinə cavab verə bilir. O, temperaturdan asılı olaraq rəngini dəyişdirə bilir, həmçinin idmançıları və hərbçiləri qorumağa xidmət edən güclü zirehə çevrilərək onları zərbədən müdafiə edir.
İsveçrə bu texnologiyanın inkişafı və tətbiqi sahəsində dünya liderlərindən biri hesab olunur. Maddə və materialların öyrənilməsi üzrə yerli Federal Laboratoriya “ağıllı” geyimlə bağlı araşdırmalara nəzarət edir.
Yaponiyada elektronika ilə doldurulmuş hər cür hava geyimləri də istehsal olunur ki, bu da ətraf mühitin parametrlərinə cavab verir, insanlara rahat yaşaya bilmələri üçün şərait yaradır.
Sinqapurdan olan tədqiqatçılar isə smartfon və “ağıllı” saatları sürətli enerji itkisindən xilas edən material təqdim ediblər. Xüsusi parçadan hazırlanan bu geyim simsiz cihazların enerjisinə qənaət edir. Mütəxəssislər parçanın adi paltar kimi yuyula, qurudula və ütülənə biləcəyini qeyd edirlər.
“Ağıllı” parçadan hazırlanmış digər paltar pilotun yorğunluğu barədə əvvəlcədən xəbərdarlıq edə bilir. Hərbi forma isə komandanlıq mərkəzinə döyüşdəki əsgərlərin vəziyyəti barədə məlumat ötürür. Dİgər geyim xəstə insana vəziyyətinin kritik olduğunu vaxtında bildirir, bununla da o, tez zamanda hərəkətə keçir və ya ehtiyac olarsa, təcili yardım çağırır.
Mütəxəssislər yaxın gələcəkdə insanların lazım olan funksiyalarla təchiz olunmuş “ağıllı” kostyumları rahatlıqla əldə edə biləcəklərini qeyd edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya