Ağsu aşırımı ilə bağlı YENİ TƏKLİF – Yol dəyişdirilsin
07:17 30.04.2019
Arxiv
578
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrliyində, yəni yolun Ağsu aşırımı hissəsində turizm və elmi əhəmiyyətli zonanın yaradılması təklif edilir.
Bu təklifi irəli sürən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, sürüşmə baxımından olduqca təhlükəli olan Ağsu aşırımını ondan iki dəfə qısa olan Ağsuçay dərəsindən yol çəkməklə əvəz etmək daha münasib olar.
Alim qeyd edib ki, təbii və antropogen amillər dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşən, 14 km-lik Ağsu aşırımına ciddi təsir edir: "Sürüşmələr yolun bu hissəsində kifayət qədər problemlər yaradır. Bunun nəticəsində nadir ekosistemi - flora və faunası, çox gözəl təbii mənzərəsi olan Ağsu aşırımı sıradan çıxır. Bu yolu çəkməklə Ağsu aşırımında olan sürüşmə problemini birdəfəlik aradan qaldırmaq olar".
Ə.Əliyevin sözlərinə görə, Ağsu aşırımında təbiətin müxtəlif geoloji dövrlərinə aid çox gözəl və qədim süxur çıxıntıları var:
"Bu süxur çıxıntıları açıldıqdan sonra onların üstü şəffaf örtüklə örtülə bilər. Bununla da bütün dünyada çox yaxşı təcrübə olan elmi-kütləvi bir zona yaratmaq olar. Nəticədə bu unikallığı görmək üçün buraya həm turistlər səfər edə, həm də alimlər elmi-tədqiqat işləri apara bilərlər. Ən əsası, nadir təbiət nümunəmiz qorunar”.
O əlavə edib ki, yeni yol çəkilərsə, ilin bütün fəsillərində, xüsusilə də isti aylarda Ağsu aşırımında insanların kütləvi istirahəti üçün zonalar da ayırmaq olar: "Bunun üçün istirahət mərkəzlərində hərəkət edən yüngültutumlu nəqliyyat vasitələrindən istifadə məsləhətdir".
Tədqiqatçının sözlərinə görə, Bakı-Şamaxı yolunun da qısaldılması üçün kifayət qədər imkan var. Lakin yolların çəkilişi zamanı bu imkanlar nəzərə alınmayıb: "Bakı-Şamaxı yolunu 20-30 km, müasir üsullardan istifadə etməklə azaltmaq olar. Bu isə Bakıdan Şamaxıya avtomobillə maksimum 1 saata getməyə imkan yaradar. Bu, yoldan istifadə edən insanlara rahatlığın yaradılması ilə yanaşı, ekoloji baxımdan da faydalıdır".
Ə.Əliyev bu təkliflərini Nazirlər Kabinetinə göndərəcəyini söyləyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə Trend-ə bildirib ki, Bakı-Ağsu avtomobil yolunun çəkilməsi ilə bağlı təklilfərini hələ 2017-ci ildə Nazirlər Kabinetinə təqdim ediblər:
"Təkliflərdə yeni yolun Ağsu aşırımından keçməməklə, Ağsuçayın kənarı ilə çəkilməsi, eyni zamanda, Muğanlı-İsmayıllı yolunun yenidən inşası məsələsi öz əksini tapıb. Təklif Nazirlər Kabineti tərəfindən qəbul edilib. Dövlət tərəfindən maliyyə vəsaiti ayrılan kimi layihənin icrasına başlanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı