Ağsuda qəzada ölən 6 nəfərdən ikisi ər və arvaddır - YENİLƏNİB
16:55 16.03.2018
Arxiv
904
Ağsuda dəhşətli avtomobil qəzasında ölən 6 nəfərdən ikisi ər və arvaddır.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 18:30 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərdən 2-sinin və bir nəfər yaralının adı məlum olub.
06-BC-365 dövlət nömrə nişanlı "VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn 54-BE-811 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
"VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. "VAZ 2107”nin sərnişini olan 4 nəfər Siyəzən rayon sakini aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Hadisə yenicə baş verdiyi üçün onların adlarını hələ ki, müəyyən etmək mümkün deyil. Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış avtomobillərdə sıxılıb qalmış şəxslərin meyitlərini çıxararaq aidiyyati üzrə təhvil veriblər.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
***
Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb.
"VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
16:34 22.07.2026
Dünya
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
16:15 22.07.2026
Gündəm