E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanın həyata keçirdiyi hücum taktikasına söykənən diplomatiyanın mühüm uğurları kimi dəyərləndirilə bilər:
"Aİ də NATO kimi münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir"
13:16 13.07.2018
Arxiv
461
"Ölkə başçısı Brüssel səfəri çərçivəsində NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda çıxış edərək, Azərbaycanın NATO ilə əlaqələrinin dinamik inkişaf etdiyini vurğuladı”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
O qeyd edib ki, Azərbaycan NATO-nun Əfqanıstanda həyata keçirdiyi qətiyyətli dəstək addımında yaxından iştirak edir:
"Bu il yanvar ayında Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyasının tərkibi artırılaraq, 120 nəfərə çatdırıldı. Ölkə başçısı çıxışında vurğuladı ki, Azərbaycan Əfqanıstan dövlətinə maliyyə dəstəyi də göstərib. Həmçinin Əfqanıstan Silahlı Qüvvələrinin şəxsi heyətinin Azərbaycanda təlimlər keçirməsinə şərait yaradılıb. Prezident İlham Əliyev bəyan etdi ki, Əfqanıstanda Azərbaycan modeli olan "ASAN Xidmət” təsisatının tətbiqinə başlanılıb. Ötən ay ölkəmizdə Əfqanıstanla bağlı böyük konfrans keçirildi. Bütün bunlar Azərbaycanın NATO ilə əməkdaşlığının bariz nümunələridir”.
E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanın həyata keçirdiyi hücum taktikasına söykənən diplomatiyanın mühüm uğurları kimi dəyərləndirilə bilər:"Birincisi odur ki, NATO-nun sammitində yekun sənədi bəyan edildi. Həmin sənəddə post-sovet məkanında bütün münaqişələrin ərazi bütövlüyü prinsipi ilə həlli öz əksini tapıb. Yanaşma budur ki, dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasdır. Bu münaqişələrin məhz ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməkdir.
İyulun 11-i baş verən digər mühüm hadisə isə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında "Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması oldu. Bu razılaşmanın da Azərbaycan üçün böyük əhəmiyyəti var. NATO kimi Aİ-də münaqişələrin məhz ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. "Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiya” sənədində də eyni prinsip əsas götürülürdü. Bunu əsas götürərək, 2017-ci ilin dekabrın 13-də Avropa Parlamenti xarici siyasət və təhlükəsizliklə bağlı qətnamə qəbul etdi. Burada da münaqişələrin həllinin dövlətlərin ərazi bütövlüyü prinsipi ilə təmin olunması əsas götürülür. Hazırda imzalanmış sənəd də tamamilə başqa spekulyasiyaya yer qoymur”.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının Ermənistanda yaratdığı təəssürata gəlincə, E.Nəsirov söyləyib ki, düşmən bu cür əhəmiyyətli sənədlərin qəbulunda Azərbaycanın kənarda saxlanmasına çalışır:
"Məsələn, 2015-ci ildə "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində keçiriləcək Riqa sammitində bu təxribatçı istəklərinə nail olmuşdular. O zaman Azərbaycan Prezidenti qətiyyətli addım ataraq, həmin sammitə qatılmadı. Sonralar sənədə düzəliş edildi. Yekun protokolda Azərbaycanın mənafeyi nəzərə alınmışdı.
Hazırda Aİ-nin qəbul etdiyi sənəd Azərbaycanın mövqeyini müdafiə edir. Bu sənəddə ermənilərin əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyin etməsi prinsipindən söhbət belə getmir. Bütün bunlar Azərbaycanın vacib diplomatik uğurlarıdır.
Adıçəkilən sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini gücləndirən amillərdir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
İstər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycanda və Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdiriblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət