"Aİ qondarma Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını dəstəkləmədi"
11:19 13.07.2018
Arxiv
803
"Dünya birliyi Dağlıq Qarabağ münaqişəsində rəsmi İrəvanın əleyhinə, Azərbaycanın yanındadır”
"Nikol Paşinyanın sərsəm bəyanatlar, əsassız təkliflər səsləndirməsinin əsasında danışıqlar prosesini, tərəflərin mövqeyini bilməməsi dayanır”.
Bunu "Sherg.az”a Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun Əfqanıstan üzrə toplantısında çıxışına münasibət bildirərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O xatırladıb ki, NATO-nun sön sammitində Azərbaycanın ərazi bütövlüyü prinsipinə dəstək bəyanatı verilib:
"NATO-nun bəyanatında millətlərin öz müqəddəratını təyin etmə prinsipi, ayrıca "Dağlıq Qarabağ münaqişəsi” deyə ifadə yoxdur. Üstəlik ATƏT-in Minsk qrupuna dəstək də qeyd olunmayıb. Nikol Paşinyan başa düşmək istəmir ki, dünya ictimaiyyəti Ermənistanı ağıllandırmaq istəyir. Dünya birliyi Dağlıq Qarabağ münaqişəsində rəsmi İrəvanın əleyhinə, Azərbaycanın yanındadır”.
Azərbaycan-Avropa İttifaqı münasibətlərinə gəlincə, M. Əhmədoğlu diqqətə çatdırıb ki, prezident İlham Əliyevin təşkilat rəsmilər ilə görüşü zamanı münaqişənin həlli məsələsinin müzakirəsində ATƏT-in Minsk qrupunun adı çəkilmədi:
"Üstəlik, erməniləri maraqlandıran bəyanatların, terminlərin heç biri müzakirələrdə qeyd olunmadı. N.Paşinyanla görüşəndən dərhal sonra, Aİ-nin təmsilçisi Federiko Mogerini açıqlama verdi ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar şərt qoyulmadan aparılmalıdır. Hər kəs yaxşı bilir ki, bu məsələdə şərti qoyan Ermənistan tərəfidir. N.Paşinyanın irəli sürdüyü qondarma Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakı barədə şərtləri Aİ tərəfindən dəstəklənmədi. Ermənistanın baş naziri isə bunu qəbul etmək istəmir. Düşünürəm ki, N.Paşinyan konkret Dağlıq Qarabağ məsələsində savadsızlıq nümayiş etdirdiyinə görə, yaxın zamanda ziyan çəkəcək”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əli boş qayıtdı. Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı.
İstər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region