AIDS-li olduğunu öyrəndiyi sevgilisini əzib, keçdi





ABŞ-ın Phoenix şəhərində bir qadın, AIDS-li olduğunu öyrəndiyi sevgilisiylə yaşanan mübahisədən sonra velosipedli sevgilisini avtomobillə vurur.
Phoenixdə qadın sürücünün Mustang markalı idman avtomobilinin bir velosipedçi ilə toqquşduğu an təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Qadın sürücü velosipedli adama sürətlə dəydikdən sonra qaçır. Metrlərlə havaya atıldıqdan sonra yerə düşən velosipedçi uzun bir müddət sonra yerindən qalxmağı bacarır. Ətrafdakılar velosipedçiyə yardım etmir, aldığı zərbələrin təsiri ilə səndələyərək gedən adam bir müddət sonra tarazlığını itirərək yol kənarında olan bağça divarına çırpılaraq yerə yıxılır. Polis, velosipedlinin onurğasında çatlaq olduğunu və başından yaralandığını söyləyir.

Hadisədən təxminən yarım saat sonra velosipedlinin sevgilisi olduğu ifadə edilən 43 yaşlı Misty Lee Vilke hadisəni izah etmək üçün sağlamlıq vəzifəlilərini axtarır. Vilke, velosipedli sevgilisinin AİDS-li olduğunu öyrəndikdən sonra onunla mübahisə etdiyini söyləyir. Sevgilisinin ona güldüyünü bildirən Vilke, qadını bıçaqla qolundan yaraladığını qeyd edir.