AKP seçkilərə ciddi hazırlaşır
21:52 30.10.2017
Arxiv
702
İYİ partiyanın özünə kifayət qədər tərəfdar toplayacağı şübhəli görünür
"Meral Akşenerin yeni partiyası yox olacaq”. Bunu əslən azərbaycanlı eks-deputat, MHP-nin keçmiş üzvü Sinan Oğan söyləyib. Siyasətçi deyib ki, türk millətçilərinin qalası Milliyyətçi Hərəkat Partiyasıdır: "Partiyada gözlənilən dəyişikliklərdən sonra yeni siyasi təşkilat olan İYİ partiyanın fəaliyyəti məntiqsiz olacaq. Əgər MHP-dəki mübarizə uğurlu olsaydı, yeni partiyanın qurulmasına ehtiyac qalmazdı.
Gələn il martın 18-də MHP-də baş tutan ciddi dəyişikliklərdən sonra dostlarımız geri dönəcək”. Oğan bəyan edib ki, MHP bu dəyişikliklərdən sonra iqtidara can atan ən ciddi partiya olacaq. Məlumat üçün deyək ki, bir müddət əvvəl keçmiş MHP-çi Meral Akşener İYİ Partiya adlı qurum təsis edib. Qısa zaman ərzində yeni qurulan partiyaya müxtəlif siyasi cameələrdə təmsil olunan tanınmış simalar qatılıb. Keçmiş MHP-çi Sinan Oğanın da təşkilata dəstək verəcəyi gözlənilirdi. Lakin bu, reallaşmadı.
Türkiyədəki prosesləri "Şərq”ə dəyərləndirən siyasi-şərhçi Natiq Miri keçmiş deputat Sinan Oğanın səmimiyyətinə inanmadığını deyib. Ekspertin sözlərinə görə, Oğan MHP-dən getməmişdən qabaq yeni partiya yaradan qruplaşma ilə bir yerdə idi: "Sinan Oğan indiyə qədər Meral Akşener qruplaşması ilə bərabər yol qət edib. Hansı səbəbdən Akşenerdən ayrıldığına aydınlıq gətirməlidir. Fikrimcə, İYİ partiya siyasi güc mərkəzi olaraq meydana atılıb. Yəni hakim AKP-yə alternativ kimi yaradılıb. Sözün açığı, İYİ partiyanın, sadəcə Türkiyənin daxili siyasəti üçün hazırlanmış layihə olduğunu zənn etmirəm. Akşenerin partiyasında ideoloji və proqram cəhətdən yeni bir şey yoxdur. Təşkilatın qarşısına qoyduğu yeganə məqsəd 2019-cu ildə prezident və parlament seçkilərində qalib gəlməkdir. Amma məsələ ondadır ki, bunu istəyənlər, sadəcə İYİ partiyanı yaradanlar deyil, eyni zamanda onlara dəstək verən xarici güclərdir. Söhbət ABŞ, İsrail, Avropa ölkələri və bəzi ərəb dövlətlərindən gedir. Məncə, yeni partiyaya maddi və siyasi baxımdan hər cür lojistik dəstək veriləcək. 2019-cu ilədək proseslər daha da gərginləşə bilər”.
Politoloq bildirib ki, İYİ partiyanın ciddi nəticə əldə edəcəyi şübhəlidir:
"Hakim AKP qarşıdan gələn seçkilərə çox ciddi hazırlıq görür. Artıq bu istiqamətdə atılan addımlar göz önündədir. Böyük şəhərlərin bələdiyyə rəhbərlərinin istefa verməsi bu prosesin tərkib hissəsidir. Çox güman ki, xalqın gözündən düşmüş bir çox məmurlar da istefaya göndəriləcək. Eyni zamanda mühüm iqtisadi islahatlar həyata keçiriləcək. Seçki ərəfəsində MHP-nin təbliğatının güclənəcəyi də şübhəsizdir. Belə məqamda İYİ partiyanın özünə kifayət qədər səs toplaması və ciddi siyasi nəticə əldə etməsi mümkün deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual