Aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib





Milli Şuranın mitinqi başa çatıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib.
Aksiya zamanı heç bir insident baş verməyib.
***
saat 15.29
Bakı. Etibar Məmmədov - APA. Milli Şura Bakıda mitinq keçirir.
APA-nın məlumatına görə, keçmiş "Məhsul" stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.