Albaniya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
15:25 26.05.2021
Arxiv
513
Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Sherg.az"ın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Albaniya xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan üçün belə önəmli gündə ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir, eyni zamanda, birgə səylərimiz sayəsində bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyimi bildirirəm.
Albaniyanın qlobal enerji dəhlizləri şəbəkəsinin bir hissəsinə çevrilməsinə töhfə verən TAP və IAP qaz kəməri layihələrinin ölkəmdə uğurla həyata keçirilməsini vurğulayaraq, bu sahədə dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığa dair yeni imkanlar üçün möhkəm zəmin mövcuddur.
Zati-aliləri, Sizinlə Tiranada və ya Bakıda görüşmək arzumu bir daha bildirirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat