"Aldadılan turist bir daha nə bu ölkəyə gələr, nə də yaxınlarının gəlməsinə razı olar"
10:10 25.07.2018
Arxiv
999
Son zamanlar Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Amma sanki bəzi vətəndaşlarımız turistləri ölkəmizdən qaçırmaq missiyası ilə görəvləniblər. Demək olar ki, xarici qonaqlardan pul qoparmadığımız sahə yoxdur. Turistdən gedəcəyi yolun izahı və ağacın kölgəsində dincəlməsi üçün ödəniş tələb olunması fikirlərimizin sübutu sayıla bilər. Market satıcılarının tursitləri görcək qiymətləri 2-3 dəfə bahalaşdırması mövzusu isə artıq müzakirə predimeti deyil.
Bir sözlə insanlarımız bəzən turisti aldadaraq xırda məbləğdə gəlir əldə etməklə ölkə iqtisadiyyatına ciddi zərbə vururlar. Turizm Şirkətləri də bu sayaq faktları təsdiq edərək narazılıqlarını ifadə edirlər. Məsələn, ötən günlərdə Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib ki, bəzən turistlər yolu soruşanda, onlardan pul istəyirlər:" Düzdür, bunlar fraqmental hadisələrdir, amma olmaması yaxşıdır. Əsas məqsəd odur ki, biz turisti məmnun salaq. Bir nəfər neqativ hərəkət edəndə, həmin ölkənin illərlə reklamı aparılsa da, konkret detal turistdə ölkə haqqında mənfi imic formalaşdırır. Ona görə də hamı buna həssas münasibət bəsləməlidir. Bu gün bir turistlə yüksək münasibət göstəririksə, gələn il məhz o insanın hesabına on turist qazana bilərik. Fürsətçil olmaq düzgün deyil”.
Məsələ ilə bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, biz belə etməklə özümüzə, öz iqtisadiyyatımıza ziyan ururuq:
"Əslində turizmlə bağlı Azərbaycanda son iki-üç ildə ciddi şəkildə irələmələr olub. Ölkədə turizm inkişafa meyl etsə də, turistlərin sayı kəskin sürətdə artsa da, əhalidə onlarla davranış üslubu formalaşmayıb. Turistlərə qarşı belə hərəkətlərin edilməsi Azərbaycanda bu sahənin inkişafına mənfi təsir göstərir. Çünki xoş rəftar görməyən, aldadılan turist bir daha nə bu ölkəyə gələ bilər, nə də yaxınlarının bura gəlməsinə razı olar. Bunun qarşısı alınmasa, gələcəkdə belə davranışlar turizmin inkifafına əngəl törədən faktorlar ola bilər. Turistlərlə rəftarın tənzimlənməsi üçün bu sahədə bir sıra tədbirlər görülməlidir.
Bunlardan biri də əhali arasında turizmlə bağlı diskussiyaların aparılması, turistə xoş rəftar kimi video-roliklərin hazırlanması, əhalinin başqa istiqamətlərdə məlumatlandırılması prosesləri olmalıdır. Bunun başqa yolu yoxdur. Əhalini cərimələrlə, kütləvi nəzarət etməklə bu halı aradan qaldırmaq mümkün deyil.
Ən yaxşı yol maarifçilik yoludur ki, bütün inkişaf etmiş ölkələr bu yoldan keçiblər. Avopa ölkələrində, Türkiyədə, Gürcüstan kimi ölkələr video-roliklərlə cəmiyyətdə turistə qarşı mənfi halların qarşısını alıblar. Mənə elə gəlir ki, Azərbaycanda da bu yoldn istifadə etmək lazımdır. Yəni ölkə əhalisinin maarifləndirilməsi işlərinə başlamalıyıq. Vətəndaşları başa salmaq lazımdır ki, turistdən bir dəfə pul qazanmaqdansa, turizmdən daimi gəlir əldə etmək daha üstündür”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət