Ə.Qəşəmoğlunun fikrincə bu nəzəriyyənin əsas ideyası odur ki, bütün kainat milyard illərdi ahəng prinsipi ilə mövcuddur və fəaliyyətdədirsə, kainatın istənilən bir hissəsi, o cümlədən də yer üzü, insan o zaman düzgün fəaliyyətdədir ki, o, ahəng prinsipləri ilə fəaliyyətdədir.
"Alimimizin bu nəzəriyyəsi dünyada böyük maraqla qarşılanır, amma ölkəmizdə...
09:44 07.08.2018
Arxiv
1135
Əhməd Qəşəmoğlu:"Təqdim etdiyim “Ahəngyol” nəzəriyyəsi dünyanın bir çox ölkələrində yayılıb. 15 ölkədə təqdimatı keçirilib. Dünyada çox uğurla da yayılır. Amma Azərbaycanda bu nəzəriyyə yiyə duran yoxdur"
Ə.Qəşəmoğlunun fikrincə bu nəzəriyyənin əsas ideyası odur ki, bütün kainat milyard illərdi ahəng prinsipi ilə mövcuddur və fəaliyyətdədirsə, kainatın istənilən bir hissəsi, o cümlədən də yer üzü, insan o zaman düzgün fəaliyyətdədir ki, o, ahəng prinsipləri ilə fəaliyyətdədir.
Sosioloq, professor Əhməd Qəşəmoğlunun təklif etdiyi "Ahəngyol" elmi dünya elm aləmində uğurla yayılır. Ölkəmizdə isə bu nəzəriyyəyə qarşı biganəlik var.
"Sherg.az"a açıqlamasında alim və həkimlərimizə xarici ölkələrdə kifayət qədər qiymət verildiyini vurğulayan sosioloq bu sahəninin bizdə ciddi problem olduğunu deyib. Professor diqqətə çatdırıb ki, Azərbaycanda elm adamlarının potensialından istifadə edilmir:
"Şəxsən mənim təqdim etdiyim "Ahəngyol” nəzəriyyəsi dünyanın bir çox ölkələrində yayılıb. 15 ölkədə təqdimatı keçirilib. Hazırda dünyada çox uğurla da yayılır. Amma Azərbaycanda bu nəzəriyyəyə yiyə duran yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvü olduğum halda rəhbərlik bu nəzəriyyəyə 100 manat xərcləmək istəmir. Halbuki AMEA-nın Rəyasət Heyətində də yüksək səviyyədə təqdimatı keçirilib. "Ahəngyol" elmi akademiklər tərəfindən rəğbətlə qarşılanıb.
"Ahəngyol” nəzəriyyəsi orta əsr İslam fəlsəfəsindən doğan bir fəlsəfədir və dünya üçün çox faydalı ola bilər. Mən çox istərdim ki, bu mənim nəzəriyyəm kimi yox, bir Azərbaycan elminin brendi olaraq dünyada tanınsın. Xarici ölkələrdə bu gün "Ahəngyol” nəzəriyyəsinə daha böyük maraq var, bizdə isə elə də önəm vermirlər”.
Ə.Qəşəmoğlunun fikrincə bu nəzəriyyənin əsas ideyası odur ki, bütün kainat milyard illərdi ahəng prinsipi ilə mövcuddur və fəaliyyətdədirsə, kainatın istənilən bir hissəsi, o cümlədən də yer üzü, insan o zaman düzgün fəaliyyətdədir ki, o, ahəng prinsipləri ilə fəaliyyətdədir. Ona görə də, cəmiyyətdə xaos yaradanda bilməliyik ki, bu işlərlə ölkəyə daha çox fayda veririk, yoxsa ölkəyə marağı olan xarici qüvvələrə... Bu gün "Ahəngyol” elmi bizim daha çox tərəqqi etməyimizə kömək edə bilər.
"Ahəngyol" elmini 1990-cı illərdə tamamladığını vurğulayan sosioloq un sözlərinə görə, "Ahəngyol" elmi Şərq və Qərb fəlsəfəsinin bir-birini tamamlayaraq tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yaradılıb:
"Bu elm dünyanın bir sıra nüfuzlu alimlərinin diqqətini cəlb edib, onların müzakirə obyektinə çevrilib.
Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadə "Ahəngyol" elmini 2011-ci ildə dünyanın aparıcı alimləri arasında müzakirəyə təqdim edib. "Lütfi Zadə bu elmi dünyanın aparıcı alimlərinin dəyərli elmi ideyaları müzakirə etdiyi "BİSC" saytında müzakirəyə çıxarıb. Bu xüsusi sayt müasir elmin zirvələrindən biri sayılır və "Ahəngyol"un burada müzakirəyə çıxarılması həm Azərbaycan elminin, həm də ümumilikdə fəlsəfə, sosiologiya elminin uğurudur.
Nəzəriyyə BİSC saytına yerləşdiriləndən sonra elm aləmi ahəngyolla yaxından maraqlanmağa başlayıb.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya