"Almaniyada 31 mart soyqırımı və AXC-nin 100 illiyinə dair konfrans..." - Deputat





"Martın 31-də Almaniyanın Köln şəhərində keçiriləcək konfransa maraq yüksəkdir”.

Bu barədə "Sherg.az”a sözügedən tədbirin təşəbbüsçüsü, millət vəkili Adil Əliyev məlumat verib. 
Konfransın 31 mart Azərbaycanlıların Soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı olduğunu qeyd edən deputat bildirib ki, artıq hazırlıqlar görülür:

"Avropada vu konfransa maraq yüksək səviyyədədir. Həm Almaniyada, həm də digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz və xarici vətəndaşlar qatılmaq üçün müraciət edir. Mən özüm də şəxsən müraciətləri qəbul etmişəm. Düşünürəm ki, tədbirə yüzlərlə insan qatılacaq. 

Azərbaycanı, Azərbaycan xalqını sevən hər kəs tədbirə qatılmaq istədiyini dilə gətirib. Vaxta az qalıb, təşkilati işlərlə bağlı heç bir problem də yaşanmayıb. Tədbirin baş tutacağı günü səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, Adil Əliyev ötən gün Avropada yaşayan soydaşlarımıza müraciət edib. Deputat "Ürəyi Azərbaycanla döyünən Avropadakı soydaşlarımı Kölndəki toplantıya dəvət edirəm” – deyə, çağırış edib.

Aysel Aslan