“Türk ordusunun bölgəyə silahlı müdaxiləsi əcnəbi nəşrin iddia etdiyi kimi yeni müharibələrə səbəb ola bilməz”
Amerika mediası iddia etdi: Suriya və İraqda 10 müharibə ocağı yaranacaq
19:44 08.09.2016
Arxiv
452
Potensial müharibə ocaqlarının üçündə Türkiyənin də adı var
“Türk ordusunun bölgəyə silahlı müdaxiləsi əcnəbi nəşrin iddia etdiyi kimi yeni müharibələrə səbəb ola bilməz”
“Türk ordusunun bölgəyə silahlı müdaxiləsi əcnəbi nəşrin iddia etdiyi kimi yeni müharibələrə səbəb ola bilməz”
"Washington Post” qəzetinin son sayında Suriya və İraqda daha 10 müharibə ocağının yarana biləcəyi ilə bağlı məqalə dərc edilib. Qəzetin iddiasına görə, potensial müharibə ocaqlarının üçündə Türkiyənin də adı var. Mətbu orqan yazıb ki, İŞİD-ə qarşı mübarizə regionda maraqların toqquşmasına və yeni müharibələrə rəvac verə bilər.
Müharibə tərəfləri arasında radikal qruplaşmalarla yanaşı, bir sıra dövlətlərin, kürdlərin, ərəblərin, türklərin, eyni zamanda sünni və şiə məzhbəli silahlı qüvvələrin adları da hallanıb. Nəşrin iddiasını şərh edən ekspertlər isə vurğulayıblar ki, Türkiyə ordusu Suriyaya yeni müharibə ocaqları yaratmaq məqsədi ilə deyil, əksinə, növbəti savaşların qarşısını almaq üçün girib. Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Miri "Şərq”ə açıqlamasında deyib ki, Türkiyə tərəfi Suriya prosesində balanslaşdırıcı güc rolunu oynayır. Ekspert vurğulayıb ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsi region qüvvələri, eyni zamanda qlobal güclər sayılan ABŞ və Rusiya ilə razılaşdırılıb: "Türk ordusunun bölgəyə silahlı müdaxiləsi əcnəbi nəşrin iddia etdiyi kimi yeni müharibələrə səbəb ola bilməz. Terrorçularla mübarizə bölgədə sülh yaratmaq məqsədi daşıyır. Ancaq sülhün yaranması terrorçu qüvvələrin məhv edilməsi ilə bağlıdır. Terrorçuların məhvi isə silahlı mübarizədən keçir. Türkiyə az vaxtda bütün dünyaya sübut etdi ki, əgər ortada siyasi iradə olarsa və heç bir geosiyasi niyyət güdülməsə, İŞİD-i bitirmək mümkündür”. Politoloqun fikrincə, İŞİD o qədər də qlobal problem deyil. Amma onu bilərəkdən şişirdirlər: "Türkiyənin bu cür hərbi-siyasi müdaxiləsi ortalığa yeni geosiyasi mənzərə çıxartdı. Bu əməliyyatlar Əsəd rejimi də daxil olmaqla, Rusiya, İran və Türkiyə arasında yeni anlaşmaya gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, rəsmi Ankaranın hərbi əməliyyat qərarını dağıdıcı amil kimi dəyərləndirmək qətiyyən doğru deyil. Qardaş ölkənin niyyəti ilk növbədə Türkiyənin öz təhlükəsizliyini qorumaq, daha sonra isə terror bəlasını birdəfəlik yox etməkdir. Məqsəd heç də Suriyanın içərisinə doğru irəliləmək və hansısa dövlətin ərazi bütövlüyünə təhlükə törətmək deyil. Əgər koalisiya qüvvələri razılaşarsa, mühüm əhəmiyyət kəsb edən Hələb şəhəri də terrorçulardan təmizlənə və sülh şəhərinə çevrilə bilər. Ancaq bunun üçün dünya güclərinin Türkiyəyə səmimi dəstək verməsi lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya