Amerikalı jurnalist erməni vandalizmini kəskin pisləyib
10:33 27.03.2021
Arxiv
599
“BBC-nin ermənilərin iddiasına əsasən hazırladığı, guya Azərbaycanın Cəbrayıl rayonunda onlara aid tarixi kilsəni dağıtmasından bəhs edən süjeti izlədiyim zaman onların növbəti oyunlarının pərdəarxasını gördüm”.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında “The Hill”, “Daily Caller” və “Fox News” kimi qabaqcıl mətbu orqanların yazarı Raul Lovery Kontreras deyib.
“Doğrusu, bölgədəki vəziyyəti yaxından izləyən biri olaraq bir neçə ay sonra bildiyim reallıqlarla bağlı hər hansı bir məsələnin ermənilər tərəfindən təhrif olunaraq təqdim olunmasını eşitsəm, artıq təəccüblənməyəcəyəm. Mənim şəxsən öz gözlərimlə gördüyüm videolarda ermənilər döyüş zamanı və döyüş bitdikdən sonra Azərbaycan hərbçiləri gəlməmişdən əvvəl evlərini, əşyalarını, hətta meşələri yandırır və dağıdırdılar. Bəli, həmin görüntülərdən də göründüyü kimi, hansısa bir tikili var və sonradan yoxa çıxıb. Ancaq söhbət kilsədən deyil, hansısa hərbi bazaya məxsus binadan gedir”, - deyə amerikalı jurnalist bildirib.
Onun sözlərinə görə, tamamilə məhv edilmiş Ağdamdan hazırlanan videoda 30 illik qanunsuz işğal zamanı ermənilərin Azərbaycanın tarixi abidələrini və yaşayış mərkəzlərini necə məhv etdiyi göstərilir: “Eləcə də ermənilərin törətdiyi cinayətlərə görə kimlərin cavabdeh ola biləcəyindən bəhs edilir. Həmin videoda ermənilərin bütün əməllərinin görüntüləri var. Onlar dağıtdıqları tikilinin yoxa çıxmasında Azərbaycan hərbçilərini günahlandırırdılar. Necə ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan 1992-ci ilin 26 fevral tarixində Xocalıda qadın, kişi və uşaq olmaqla 613 günahsız insanın qətlini və həmin tarixdə törədilən silsilə cinayətlərin yaşandığını etiraf etsə də, buna görə cinayət məsuliyyətinə cəlb edilməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya