Amerikalı qız Samsunda yaşayan sevgilisinə qaçdı





ABŞ-ın Çikaqo şəhərində yaşayan 15 yaşlı ABŞ vətəndaşı C. T. K. adlı qız, ictimai paylaşma saytından tanış olduğu 5 aydır Samsunda yaşadığı öyrənilən İraqlı 19 yaşındakı Hamid A.ın yanına gəlmək üçün ailəsinə xəbər vermədən təyyarə ilə İstanbula daha sonra Samsuna gəldi.

Anası Charısse D P., qızının itdiyini ancaq Facebookdan verdiyi elanında Türkiyəyə getdiyini və Samsunda olduğunu ifadə edərək ABŞ Ankara Konsulluğuna müraciət etdi. ABŞ Konsulluğu, Samsun polisinə məlumat verdi. Samsuna gələn ABŞ-lı ana, Qazi Polis Mərkəzinə qızının itkin olduğu və Samsunda olduğuna dair müraciət etdi. Araşdırma nəticəsində ABŞ-lı C.T.K.ın burada İraqlı Hamid A.ın evində olduğunu təsbit edildi. Evə gedən uşaq polisi, ABŞ-lı itkin qızı burada tapdı. İraqlı gənc isə ‘kiçik yaşda qızı saxlamaq’ cinayəti ilə prokurorun təlimatı istiqamətində nəzarətə alınaraq, Qazi Polis Mərkəzinə təslim edildi. Qızı olan ananın İraqlı gəncdən şikayətçi olmadığı öyrənildi. C.T.K.ın öz razılığı ilə gəzmək üçün Samsuna gəldiyini və Facebook yoldaşı ilə görüşüb gəzdiklərini, ondan şikayətçi olmadığı öyrənildi. ABŞ-lı qızın Samsuna gəldiyi zaman üstündə 26 Aprel 2015-ci ildə də geri dönmək üçün biletinin olduğu təsbit edildi. Ana-qız Qazi Polis Mərkəzində görüşdülər. Hadisələ əlaqədar istintaq davam edir.