Anası unutdu: 8 saat avtomobildə qalan 18 aylıq körpə sağ qalarmı?





Amerikanın Florida əyalətində anasının 8 saat avtomobildə unutduğu 18 aylıq körpə sağ qalarmı?
İngilis "Daily Mail” qəzetinin xəbərinə görə, Floridada ibtidai məktəb müəllimliyi edən 38 yaşlı Cemi Bakli, avtomobilini park edərək səhər 7.30 radələrində məktəbinə getdi, 18 aylıq körpəsini isə unutdu. Bakli günortadan sonra 3.15-də avtomobilinə dönən zaman qızı Reaqanı körpə kreslosunda ölmüş halda gördü. Hadisənin baş verdiyi gün şəhərdəki istiliyin səhər saatlarında 21 dərəcə olduğu ifadə edildi. Cedar Grove ibtidai məktəbində müəllimlik edən Baklinin heç bir cəza ilə qarşı-qarşıya qalmadığı ifadə edilərkən, County polis şefi, hadisə ilə əlaqədar istintaq başladıldığını bildirdi.

Qeyd edək ki, ABŞ-da bu tipli hadisələrə tez-tez rast gəlinir. Təkcə keçən il 30-dan çox uşaq maşının içində qaldığı üçün istidən dünyasını dəyişib.a