Angela Merkel G20 sammitində nədən danışacaq ? - Hədəflər açıqlandı




Almaniya kansleri Angela Merkel Bundestaqda Alman deputatları qarşısında bu ilin iyul ayının 7-8-də Hamburqda baş tutacaq G 20 sammitində toxunacağı  hədəflərindən danışıb.

Sherg.az-ın "Lemonde.fr"ə istinadən xəbərinə görə, o, bəyanatında ABŞ-ın yeni prezidenti Donald Trampın iqlim, ticarət və strategiya ilə bağlı arzuolunmaz addımlarından bəhs edəcəyini söyləyib və deyib ki, ABŞ yalnız özünü düşünür:

"Qlobal istiləşmə ilə bağlı təcili çağırışlar edilməlidir. Bu, bütün bəşəriyyət üçün təhlükəlidir. ABŞ-ın bu istiləşmənin qarşısını alan "Paris razılaşması"ndan imtinası da G 20 ölkələri rəhbərləri tərəfindən müzakirə olunmalıdır. Bu ölkə rəhbərləri də öz üzələrinə götürdükləri öhdəlikləri dərk etməldirlər. 

Qeyd edək ki, həmin tədbirdə Fransanın prezidenti Emmanuel Makron və İngiltərənin baş naziri Tereza Mey olmaqla əksər Avropa ölkəsi lideri iştirak edəcək. 

Ayyət Əhməd