Ankara ayıq-sayıq olmalıdır
08:05 21.08.2018
Arxiv
802
“Amerika səfirliyinə atəş açılması birbaşa ABŞ-a atəş açmaq deməkdir”
Bu barədə "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl 2003-cü ildən başlayaraq Amerika ilə Türkiyə arasında soyuq münasibətin formalaşdığını deyib. Yaxın Şərq və Rusiya ilə bağlı ziddiyyətlər məhz həmin illərdən yaranıb:
Ötən gün ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutulub. Atatürk bulvarı ilə hərəkət edən ağ rəngli minik avtomobilində olan naməlum şəxslər səfirliyin binasına 4-5 əl atəş açıblar. Səhər saatlarında baş verən hadisədə xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Olayın təfərrüatları bəlli olmasa da, arzuolunmaz hadisənin meydana gəlməsinin özü belə kifayət qədər ciddi məqamlardan xəbər verir. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hadisəni provokasiya adlandırıb. Onun sözlərinə görə, olay açıq-aydın xaos yaratmaq cəhdidir: "Türkiyə etibarlı bir ölkədir və bütün xarici missiyalar qanunların zəmanəti altındadır. Hələlik araşdırma aparılır və hadisə mümkün qədər tez bir zamanda aydınlaşacaq”. AKP-nin mətbuat katibi Ömer Çelik də hadisəni təxribat kimi qiymətləndirib.
Siyasi şərhçilərə görə, Amerika-Türkiyə arasında getdikcə gərginləşən münasibətlər fonunda super dövlətin səfirliyinə atəş açılması Ankara üçün başağrısı ola bilər. Analitiklər hadisənin müəyyən qruplar tərəfindən həyata keçirilmiş təxribat və ya üç-beş həvəskarın təhlükəli cəhdi kimi dəyərləndiriblər.
"15 ildən sonra prosesin bu həddə çatacağı bəlli idi. Rahib Branson məsələsi sonuncu damla oldu. Əgər söhbət birbaşa keşişdən getsəydi, ABŞ hərbi çevriliş cəhdindən sonra iki il ərzində Türkiyəyə qarşı hansısa addımlar atardı, sanksiya tətbiq edərdi. Ankarada ABŞ səfirliyinin binasına atəş açılması təxribatdır. Eyni zamanda aparılan yanlış təbliğatın nəticəsində hansısa düşüncəsiz bir adamın əməli də ola bilər. Hər iki versiyanın doğruluq payı çoxdur. Lakin istənilən halda Amerika səfirliyinə atəş açılması birbaşa ABŞ-a atəş açmaq deməkdir.
Bu hadisə ikitərəfli münasibətləri daha da gərginləşdirə bilər. Ankara hökuməti çox ayıq-sayıq olmalıdır. Problemi yumşaltmaq üçün addımlar atılmalıdır. Əks halda bu cür təxribatların artma ehtimalı çoxdur. Başqa yerlərdə, xüsusən Avropa ölkələrində Türkiyə adından Amerikaya qarşı təxribatlar törədilə bilər. Unutmayaq ki, ABŞ-Türkiyə münasibətlərinin yaxşı olması başda Rusiya və Ermənistan olmaqla bir çox qüvvələrə sərf etmir. Ona görə də əlaqələrin korlanmasını istəyirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya