Ankara Rusiyadan “S-400” raketlərini aldı - Çoxdan gözlənilən sövdələşmə baş tutdu
23:16 12.11.2017
Arxiv
727
Türkiyə ilə Rusiya arasında uzun zamandır gözlənilən sövdələşmə baş tutub.
"Ölkə.Az” xəbər verir ki, Ankara Rusiyadan "S-400” raketlərini alıb. Bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bildirib. Onun sözlərinə görə, axır ki, bu iş uğurla başa çatıb.
"Uzun zaman idi Rusiya ilə bu sahədə danışıqlar aparılırdı. Nəhayət ki, bu işi uğurla tamamladıq. Rusiyadan "S-400” raketləri alındı”, - deyə Nurəddin Canikli bildirib.
Türkiyəli nazir vurğulayıb ki, rəsmi Ankara bununla kifayətlənməyəcək:
"Biz Türkiyənin havadan müdafiə sistemini gücləndirmək üçün "S-400” raketlərini almışıq. Lakin işimiz bununla bitmir. Türkiyə havadan müdafiə sistemini daha da gücləndirmək üçün özü xüsusi təchizat istehsal edəcək. Bu sahədə işlərə başlanılıb”.
Qeyd edək ki, Ankara və Moskva arasında Rusiya istehsalı olan "S-400” zenit- raket komplekslərinin alınmasına dair saziş imzalanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "S-400” komplekslərinə görə Ankaranın ilkin ödəniş etdiyini bəyan edib. Məsələ ilə əlaqədar bir müddət əvvəl alyansın baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO üzvləri olan hər bir dövlət istədiyi ölkədən silah və sursat ala bilər. Onun sözlərinə görə, bu səbəbdən də, Türkiyə Rusiyadan "S-400” kompleksləri alması barədə NATO ilə məsləhətləşələr aparmayıb.
Lakin sonradan NATO tərəfindən Türkiyənin Rusiyadan "S-400” kompleksləri alması məsələsi belə şərh edilib: "Türkiyənin Rusiyadan "S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə