“Apteklər camaatı soyur" - Rəşid Mahmudov



"Apteklər dərmanları istədikləri qiymətə satırlar”.

Bu barədə Sherg.az-a dərman preparatlarının onlayn axtarış sisteminin fəaliyyətə başlamasına münasibət bildirərkən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. 

O bildirib ki, dərmanların qiymətlərindən həkimin öz xəstələri də şikayətlər edib:

"Apteklər camaatı soyur. Bu sistemin mütləq tənzimlənməsi lazımdır.

Apteklərin, satıcıların özbaşınalığı tərbiyədən asılıdır. Apteklərdə əksəriyyəti sadəcə öz mənfəətini düşünür, dərmanları necə gəldi satır. Ayıbdır, belə etməsinlər!

İnzibati metodlarla qanunlarla bunlar tənzimlənməlidir. Qanun olmasa, hərə öz istədiyini edəcək. Cərimələr tətbiq olunmalıdır”.

Qeyd edək ki, yeni fəaliyyətə başlayan "tabletka.az" saytı dərman preparatlarının tapılmasının rahatlığına və istifadəçilərin vaxtının qənaət olunmasına yönəlib.

Ayyət Əhməd