Artıq ilk yarışlarda bir neçə qələbə var





Karateçilərimiz Avropa Oyunlarına uğurla başlayıb və artıq ilk yarışlarda bir neçə qələbə qazanılıb.
Kişilər arasında 60 kq çəkidə də Firdovsi Fərzəliyev ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib . İdmançımız görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Onun növbəti rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu görüşdə 4:2 hesablı qələbə qazanıb. Onun yarımfinaldakı rəqibi albaniyalı Halil Marqeş olacaq.
Qadınlar arasında 50 kq çəki dərəcəsində Nuranə Əliyeva isə təəssüflər olsun ki, qələbə sevincimizi davam etdirə bilməyib. O, əvvəlcə avstriyalı Bettina Planka 0:1, daha sonra türkiyəli Serap Özçelikə 0:6 hesabı ilə uduzub. Sonuncu görüşündə isə xanım idmançımız xorvatiyalı Monika Beruleçə uduzub.
55 kq çəki dərəcəsində növbəti karateçimiz İlahə Qasımova birinci döyüşdə lüksemburqlu Cenni Varlinqə 4:0 qalib gəlib. İkinci görüşündə isə xanım döyüşçümüz türkiyəli Tuba Yakanı minimal hesabla udub – 1:0. Yarımfinalda isə Qasımova xorvatiyalı Yelena Kovaçeviçdən üstün olub. İdmançımız yenə də 1:0-lıq qələbəyə sevinib.
Kişilərdən ibarət karate milimizin 67 kq-da təmsilçisi Niyazi Əliyev də mübarizəyə qoşulub. O, ilk görüşdə İrakli Tkebuçavaya qalib gəlib – 2:0. Ardınca isə o, fransalı Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi 2:0 hesabı ilə udub. Onun yarımfinaldakı rəqibi türkiyəli Burak Uyğur olacaq.

Vüqar Şahinoğlu