Ata fəryadı: Oğlu pəncərə silərkən düşüb öldü

Antaliyada xüsusi bir məktəbdə təmizlik vəzifəlisi olaraq çalışan 34 yaşlı Osman Gökşin, şüşə silərkən düşüb öldü.
Hadisə, günorta saatlarında Muratpaşa mahalı, Çaybaşı məhəlləsi 1349 küçəsində baş verib. Xüsusi bir məktəbdə təmizlik işinə baxan Osman Gökşin, birinci mərtəbədə olan pəncərəyə çıxıb. Tarazlığını itirən Gökşin, təxminən 5 metrdən yerə düşüb. Əvvəl telə dəyən Gökşin, daha sonra betonun üzərinə düşüb.
Qısa müddətdə ünvana gələn sağlamlıq qrupları, Gökşinin həyatını itirdiyini təyin edib. Oğulunun ölüm xəbərini alıb hadisə yerinə gələn Əhməd Gökşin, sinir böhranı keçirib. Əhməd Gökşin, "Oğulum, kaş ki, sən ölməsəydin, hər gün dalaşardıq” deyə gözyaşı töküb.
Osman Gökşinin cansız bədəni, Antaliya Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.