Ata və oğulun dramı: Evindən çıxartdılar bu hala düşdü

İngiltərə bu ata və oğulun dramını danışır. Sərt keçən qış mövsümündə 4 otaqlı evlərinin hər bir otağı üçün vergi ödəməyə çətinlik çəkən, ödəyə bilmədikləri üçün də öz evlərindən çıxarılan Keith və Mitchell Keenan qışı çadırda keçirmək məcburiyyətində qaldı.
Vəziyyət belə olunca soyuqdan 32 yaşlı Mitchell ayaq barmaqlarını itirdi. 62 yaşındakı atasına isə ağlını itirmə diaqnozu qoyularkən yaşlı adamın ürək dəliyi olduğu da aydın oldu.
Mitchell Keenan indi təxminən 6 həftədir xəstəxanada müalicə alır. Don vurma diaqnozu qoyulan gənc adam ayaq barmaqlarını itirmə təhlükəsiylə qarşı-qarşıyadır.
Soyuqdan ayaq barmaqlarının getdikcə qaraldığını görən atası və bibisi Mitchelli məcburən xəstəxanaya göndərdi və qorxunc hadisə işıqlandı. Hadisənin ən ağrılı tərəfi 4 yataq otaqlı böyük bir evləri olmasına baxmayaraq ata oğulun küçədə qalmaq məcburiyyətində olmasıdır. Maddi baxımdan çətin bir qış keçirən ailə, qanuna görə hər bir yataq otağı başına vergi istənən evlərinin ödəmələrini qarşılaya bilməyincə onları öz evlərindən çıxarıldı. Bir anda küçədə qalan ata oğul üçün 62 yaşındakı ata Keithin bacısı çadırda qalmağı həll yolu olaraq gördü. Çadır alan 54 yaşındakı Davn Doyle, onları evinə ala bilmədiyi üçün çox kədərli olduğunu, ancaq özünün də subay bir ana olaraq güclə dolana bildiyini söylədi. Məhkəmə Mitchell Keenan üçün müvvəqəti bir qalacaq yer təmin edərkən, ata Keith Keenan isə bir ictimai kömək evinə götürüldü. Ancaq Mitchell Keenan artıq ayaq barmaqlarını hiss etmir. Bu səbəblə bir də keçmişdəki kimi dəstəksiz gəzə bilməyəcək və müvəqqəti yerləşmə problemi hələ tam həll edilməyib.