Atası anasını öldürməsin deyə araya girdi, özü öldü





Türkiyənin Bursa şəhərinin Orxanqazi qəsəbəsində dəhşətli ailədxaili cinayət baş verib.

"Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, 19 yaşlı Can adlı gənc evlərində dava zamanı atası ilə anasını sakitləşdirməyə çalışarkən canından olub.
Belə ki, Can atası anasını bıçaqlamaq istəyərkən araya girib. Bu zaman bıçaq onun boğazına batıb.
Valideynlər davanı bitirərək qan içində qaln övladlarını xəstəxanaya çatdırsalar da, Canın həyatını xilas etmək mümkün olmayıb.

Polislər cinayəti tərədən atanı həbs edilib. Onun hadisə vaxtı sərxoş olduğu məlum olub.