ATƏT 2019-cu ildə münaqişələrin qarşısının alınması üçün çalışacaq
18:41 01.01.2019
Arxiv
557
Yanvarın 1-dən ATƏT-ə sədrlik rotasiya əsasında bir il müddətinə İtaliyadan Slovakiyaya keçib.
Bu münasibətlə Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ölkəsinin sədrlik dövrü üçün hədəflərini açıqlayıb.
AZƏRTAC ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, nazir ölkəsinin sədrlik dövrü üçün qarşısına ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi və təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi hədəflər qoyduğunu açıqlayıb.
Sədrlik 2019-cu ildə diqqətini üç əsas fəaliyyət sahələrinə yönəldəcək və münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsi, təhlükəsiz gələcək naminə fəaliyyət, həmçinin təsirli multilaterizmin dəstəklənməsi üçün çalışacaq. Sədrlik, ilk növbədə, Ukraynada davam edən böhranı ümumi təhlükəsizlik üçün əsas problem hesab edərək gərginliyin azaldılması, etimadın yaradılması və dialoqun asanlaşdırılması üçün səy göstərəcək.
M.Layçak, həmçinin bildirib ki, sədrlik dövründə Slovakiya üzv ölkələr arasında, eləcə də qeyri-hökumət qurumları ilə mənalı və açıq dialoqun inkişaf etdirilməsinə çalışacaq. Effektiv mutilateralizm ATƏT institutlarına etimadı və hamı üçün təhlükəsizliyi gücləndirəcək.
Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində keçiriləcək inauqurasiya mərasimində ATƏT-in yeni sədri ölkəsinin sədrlik dövrü üçün prioritetlərinə dair çıxış edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə