ATƏT-in “Xalq diplomatiyası” təklifi...
20:33 04.07.2016
Arxiv
801
“Əsas məsələ ondan ibarətdir ki, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həllində maraqlı görünmür”
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "Xalq diplomatiyası”nın önəminə diqqət çəkib. Ştaynmayer Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin təşkilinə çalışacaqlarını deyib.
Qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı icması ilə Dağlıq Qarabağın erməni icması, o cümlədən də hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalılarının görüşməsi məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bununla bağlı səslənən fikirlər birmənalı olmayıb. Son zamanlar isə bu üsul daha çox tənqid olunmağa başlanılıb.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, siyasi şərhçi Natiq Miri isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Dağlıq Qarabağın azərbaycanlı icması ilə Dağlıq Qarabağın erməni icmasını, vətəndaş cəmiyyətlərinin görüşməsinin böyük planın tərkib hissəsi olduğunu deyib. Bilirsiniz ki, ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsinə başlayandan sonra Almaniya Xarici işlər naziri Ştaynamer Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan hazırlayıb, təkliflər irəli sürmüşdü. Planda söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir. Həmin maddələrdən birində də tərəflər arasında qarşılıqlı etimadın yaradılması məsələsi qeyd olunub. Məhz bu kontekstdə də Ştaynamayer regiona səfəri zamanı həm Dağlıq Qarabağda, həm də Bakıda hər iki tərəfin icma nümayəndələri ilə görüşüb”.
Bu cür görüşlərin sadəcə köməkçi vasitələr olduğunu deyən politoloq hesab edir ki, cəmiyyətdə "Xalq diplomatiyası” adlandırılan bu dialoqlar heç bir halda münaqişənin tənzimlənməsində həlledici rol oynaya bilməz. əsas nəticə Ermənistan rəhbərliyinin münaqişəyə yanaşmasından asılıdır: "Bu ölkə gərək ölçü götürsün, bu ölkənin rəhbərliyi ciddi qərarların qəbul edilməsinə hazır olduğunu bildirsin. Problemin həlli münaqişə tərəflərinin verəcəyi siyasi qərardan keçir. Ortada müsbətə doğru siyasi qərarlar olacağı halda vətəndaşlar da dil tapacaqlar. Nə Ermənistan, nə də Azərbaycan ictimaiyyəti müharibə istəyir. Hətta deyərdim ki, Qarabağ erməniləri bu müharibədən yorulublar. Amma əsas məsələ ondan ibarətdir ki, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həllində maraqlı görünmür. Sarkisyan hakimiyyəti müstəqil siyasi iradəyə sahib olmadığı üçün Rusiyadan asılı vəziyyətdə qalıb. Rusiya bu məsələdə öz ağırlığını qoyub münaqişənin həllində müsbətə doğru addım atmaq istəyəcəksə, paralel olaraq vətəndaş cəmiyyətləri də prosesə cəlb olunub, dialoqlar aparılacaq. Əks halda bu görüşlərin heç bir effekti olmayacaq. Əlbəttə, icmaların görüşü vacibdir, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması görüşüb fikir mübadiləsi aparmalıdırlar. Amma yuxarıda da qeyd etdiyim kimi, bu dialoqlar yardımçı vasitədir. Əvvəlcə biz gücümüzü göstərməliyik ki, qarşı tərəf geri addım atsın. Bundan sonra sülhə yaxınlaşa bilərik və həmin vaxt xalq diplomatiyasından gözləntilərimiz də artacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol