ATƏT “Turan”a qarşı cinayət işinə xitam verilməsini alqışladı
12:38 02.11.2017
Arxiv
793
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir "Turan” xəbər agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı açılmış cinayət işinə xitam verilməsini alqışlayıb.
APA-nın məlumatına görə, bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir. "Mən bu müsbət addımı alqışlayıram, ümid edirəm ki, bu agentlik tezliklə öz vacib işini davam edəcək və gələcəkdə heç bir təzyiq olmadan işləyəcək”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin bu il avqustun 25-də yaydığı məlumatda bildirilirdi ki, "Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar yoxlamanın nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Mehman Əliyev barəsində isə Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.
Bu gün cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqdan M. Əliyevə rəsmi məktub təqdim olunub. Məktubda qeyd olunur ki, "Turan İnformasiya Agentliyi" MMC barəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.1-ci maddələri ilə istintaq olunan cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi