ATV-nin yeni vitse-prezidenti tutduğu vəzifələrdən imtina etdi - QALMAQAL
10:56 27.10.2017
Arxiv
589
Bu yaxınlarda "Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib.
"Ölkə.Az”ın əldə etdiyi məlumata görə, buna səbəb Fuad Cabbarovla ATV-nin yeni prezidenti Azər Xəlilov arasında yaranan fikir ayrılığıdır.
Fuad Cabbarov ATV-yə vitse-prezident təyin olunandan sonra cəmi bir neçə gün işə çıxıb. ATV-də idarəetmə məsələləri ilə bağlı Azər Xəlilovla Fuad Cabbarov arasında fikir ayrılığı yarandığı üçün vitse-prezident ona həvalə olunan vəzifədən könüllü şəkildə imtina edib.
Əldə etdiyimiz məlumata görə, ATV-nin digər yeni vitse-prezidenti Lamiyə Ələkbərova da naməlum səbəblərdən işə çıxmır.
Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir.
Xatırladaq ki, ötən ay "ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılıb. Onların yerinə isə yeni şəxslər təyin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya