"ATV"nin aparıcısı və oğlu






"Azad Azərbaycan” telekanalının aparıcısı İradə İsaq oğlunun şəklini sosial şəbəkədəki səhifəsində paylaşıb. Lent.az-ın məlumatına görə, oğlu və əməkdar artist Teymur Əmrahla şəkil çəkdirən aparıcı fotoya "Dəyərli dostum və peşəkar ifaçı Teymur Əmrahla yaradıcı söhbətlərin xüsusi yeri var. Bir var qeybət edəsən, bir var həqiqəti tam görə və deyə biləsən. Yunis də öz işindədir” şərhini yazıb.
Xatırladaq ki, İ.İsaqın bir oğlu var.
Qeyd edək ki, İ. İsaq 2009-2011-ci illərdə ANS-də "Ölümdən 24 saat əvvəl” verilişini aparıb. 2012-ci ildən isə ATV-də aparıcılıq edir.