"Avro-2016"ya gedəcəklər: Türkiyə millisi üçün xüsusi təyyarə hazırlanıb






"Avro-2016"nın final mərhələsində iştirak edəcək Türkiyə millisi üçün xüsusi təyyarə hazırlanıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, yığmanı Fransaya aparacaq nəqliyyat vasitəsinin gövdəsində milli komandanın oyunçularının və baş məşqçi Fatih Terimin şəkli yer alıb.
Yunus Mallı, Hakan Balta, Volkan Babacan, Oğuzhan Özyakup, Səlcuk İnan, Arda Turan, Alper Potuk, Ozan Tufan və Cenk Tosunun sözügedən şəkildə yer alması Türkiyə mətbuatı tərəfindən bu oyunçuların milli komandanın heyətində yer alacağı kimi şərh edilib.