Avropa Məhkəməsinin reaksiyası necə olacaq?

Ekspertlər ümid edir ki, ombudsmanın girovların azad olunmasına köməyi dəyəcək



Azərbaycan ombudsmanı Elmira Süleymanova ötən ilin iyulunda Kəlbəcərə gedərkən rayon ərazisində erməni hərbçiləri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

O, AİHM-dən kəlbəcərli girovların tezliklə Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsini xahiş edib.

Ombudsman Aparatının mətbuat xidmətindən apa.az-a verilən məlumata görə, Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili AİHM-dən D.Əsgərov və Ş.Quliyevin məhkəmə işinə ədalətli baxılmasını və bu prosesin sürətləndirilməsini, prioritet məsələ kimi nəzərə almasını önə çəkib. Həmçinin onların qanunsuz girovluqdan tezliklə azad edilməsini istəyib. "Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bu müraciəti yüksək qiymətləndirir: "Yaxşı edib bu addımı atıb. Müraciətin necə nəticə verəcəyini Elmira xanım daha yaxşı bilər. Çünki onun ətrafında elmi dərəcəsi və təcrübəsi olan hüquqşünaslar çalışır. Lakin biz müraciətin yalnız müsbət nəticələnəcəyinə ümid edərək gözləyirik”.

Vüqar Şahinoğlu