Əməkdar məşqçi Dilarə Əliyeva: “Biz həm də mədəniyyətimizi, milli musiqimizi təbliğ etmək imkanı qazanırıq”
“Bura gələn turistlər təkcə yarışları izləmiş olmur, eyni zamanda onlar Azərbaycanın turizm məkanları ilə tanış olacaq ki, bu da gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına, turistik ölkə olaraq bura ola
Artıq ilk Avropa Oyunlarının həyəcanı Azərbaycanda hiss olunur. Avropa Oyunlarının tanınmış səfir ulduzları, idmançıları bu sahədə sadə insanlarla birgə müxtəlif mərasimlərin keçirilməsində birgə iştirak edir, Azərbaycanın həqiqətən bu yarışlara tam hazır olduğunu nümayiş etdirmiş olurlar.
Belə mötəbər idman yarışının Azərbaycanda keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşımış olur.
Bəs görəsən, peşəkar idmançılarımız bu barədə nə düşünür? Onlar ev sahibi olaraq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini necə dəyərləndirirlər? Suallarımızla AFFA-nın Qadın Futbol Federasiyasının baş məşqçisi, Əməkdar məşqçi Dilarə Əhmədovaya üz tutduq.
- İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün nə dərəcədə əhəmiyyət daşıyır?
- Təbii ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi və mədəni baxımdan ölkəmiz üçün əhəmiyyətlidir. Dünya ölkələri bir daha bu yarışlarda Azərbaycan dövlətinin gücünü, qüdrətini, zəngin bir millət olduğunu görmüş olacaqlar. Bundan əlavə bu yarışların Azərbaycanda keçirilməsi turizm sektoruna da birbaşa təsir etmiş olacaq. Biz Oyunlara qatılmaq istəyən minlərlə turistə həm də Azərbaycanın turizm ölkəsi olaraq maraqlı və tarixi bir dövlət olduğunu nümayiş etmək üçün şans əldə etmiş oluruq. Bura gələn turistlər təkcə yarışları izləmiş olmur, eyni zamanda onlar Azərbaycanın turizm məkanları ilə tanış olacaq ki, bu da gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına, turistik ölkə olaraq bura olan marağın çoxalmasına səbəb ola biləcək. Nəzərə alaq ki, bu yarışlar təkcə Avropanın 60-dan çox ölkəsində canlı olaraq efir vasitəsilə yayımlanacaq. Deməli, biz həm də mədəniyyətimizi, milli musiqimizi təbliğ etmək imkanı qazanırıq.
- Peşəkar idmançı olaraq siz hansı idman növlərini izləməyə maraqlı olacaqsız?
- Təbii ki, atletika, voleybol, güləş oyunlarına maraq göstərəcəm. Mənim sahəmə daha yaxının atletika olduğu üçün bu idman növündə keçirilən oyunlar daha maraqlı gələcək mənim üçün.
- Azərbyacan idmançılarının hansı idman növündə şansları daha çoxdur bu yarışlarda?
- Güləşçilərimizin, atletlərimizin uğurlarına daha çox inanıram. Bu idman növlərində üstünlük əldə edəcəyimizi düşünürəm.
- Ölkəmizə qarşı aparılan xarici qara piar kampaniyasına necə təsir edə bilərik? Bizim üzərimizə hansı vəzifələr düşür?
- İlk növbədə vətənpərvər olmaq lazımdı. Hər bir vətəndaşımız milli marağımızı bütün maraqlardan üstün tutmalıdır. Yarışlar boyu çalışmalıyıq ki, bir millət, bir dövlət olaraq mədəniyyətimizi, zəngin tarixi kökə malik millət olduğumuzu, qüdrətimizi, siyasi, milli marağımızı göstərmiş olaq. Bunun üçün mətbuat da önəmli bir rol oynayır. Bizi təbliğ edən sizlərsiz. Bir sözlə, hər kəs öz sahəsində bu yarışlara dəstək olmalıdır. Bizim federasiyanın minlərlə könüllüsü var ki, biz onlarla birgə təbliğat sahəsində işlər görürük. Əsas odur ki, Azərbaycana gələn hər bir qonaq buradan müsbət fikirlərlə ayrılıb getsin.
Tahirə