Avropa Parlamentinin xain planı...
Roma Papası ilə gələn dalğa bütün türk dünyasının təpkisinə səbəb oldu
Rəcəb Tayyib Ərdoğan: "Necə qərar verirlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”
Roma Papasından sonra Avropa Parlamentinin də 1915-ci il hadisələrini erməni "soyqırımı” kimi tanıması bütün türk dünyasını hiddətləndirib. Avropa Parlamentinin qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində belə bir addım atması Türkiyə və Azərbaycanda haqlı narazılıqlara səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını "soyqırım” olaraq təqdim etmək, iftiradan başqa bir şey deyil:
"Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm. Mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcəba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Necə qərar verirlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”.
1915-ci il hadisələrinin siyasi mübarizə kimi təqdim edilməsi qəbuledilməzdir
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara "twitter” sosial şəbəkəsi üzərindən münasibət bildirib: "Avropa Parlamenti bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. AP-nin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun”.
Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri və baş müzakirəçi Volkan Bozkır da AP-nin qərarı ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Türkiyənin nümayiş etdirdiyi xoş niyyətə qarşı AP bu qərarı ilə tarixi siyasətə alət edib. Bozkır bu qərarın tarixi və hüquqi gerçəyi əks etdirmədiyini, ona görə də Türkiyə və Türk milləti üçün heç bir əhəmiyyət daşımadığını qeyd edib: "Avropa Parlamenti bugünkü qərarı ilə keçmişdəki acılar arasında ayrı-seçkilik yaradıb. Birinci Dünya Müharibəsində həlak olmuş türk və müsəlman xalqların uğradığı faciələri görməzdən gəlib, sadəcə ermənilərin acılarını önə çıxarıb”. Nazir qeyd edib ki, 1915-ci il hadisələri Türkiyəyə qarşı bəhanə olaraq istifadə edilir: "Bu məsələnin siyasi mübarizə mövzusu kimi təqdim edilməsi qəbuledilməzdir. Əvvəl olduğu kimi, bundan sonra da Türkiyə ilə Azərbaycan eyni millətin fərdləri olaraq yola əlbir və güclü şəkildə davam etməlidirlər”.
Qətnamə əsassız, qərəzli və ikili standartların bariz nümunəsidir
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Avropa Parlamentində qondarma erməni soyqırımı ilə əlaqədar qəbul edilmiş qətnamə əsassız, qərəzli və ikili standartların bariz nümunəsidir: "Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, "erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir. İnsan hüquqlarının "müdafiəçisi” roluna iddia edən dairələr Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törətdikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməyiblər”.
"Soyqırım” bəhanəsi Türkiyə dövlətinə qarşı növbəti təzyiqdir
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov açıqlamasında bəyan edib ki, Avropa dövlətləri tarix boyu müsəlman dünyasında, Afrikada, Asiya ölkələrində soyqırım törədiblər: "Ərəb dünyasında törətdikləri soyqırımları, kütləvi qırğınları yadlarına salsınlar. Öz tarixlərinə baxıb xəcalət çəksinlər. Ondan sonra bu mövqeyi göstərsinlər. Türkiyə neçə illərdir deyir ki, bizim arxivlərimiz hər kəs üçün açıqdır. Siz də arxivlərinizi açın. Ermənistan, Rusiya və həmin Avropa ölkələri də öz arxivlərini açsın, görək oradan nə çıxacaq. Arxivlərdən çıxan o olacaqdır ki, həmin Avropa dövlətlərinin təlimatları, təminatları ilə ermənilər Türkiyə ərazisində türklərə qarşı soyqırım törədiblər”. Millət vəkilinin sözlərinə görə, Avropa Parlamenti cəmi 23 il öncə ermənilərin Xocalıda törətdiyi soyqırımı yada salmalıdır: "100 il bundan öncə ermənilərin törətdiyi soyqırımı erməni saxtakarlığı ilə Türkiyəyə qarşı çevirmək, onları ittiham etmək istəyilər. Bu nə hüquqa, nə də mənəviyyata sığan iş deyil. Bu, Türkiyə dövlətinə qarşı növbəti təzyiqdir. Ancaq Türkiyə böyük dövlətdir və bu təzyiqlər qarşısında da təbii ki, öz təpkisini göstərəcək”. Millət vəkili Rövşən Rzayev də hesab edir ki, Avropa ölkələri "erməni soyqırımı”nın baş vermədiyini gözəl bilirlər: "Bu, Avropa Parlamentinin birmənalı düşüncəsi demək deyil, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Tarixi yalanlar, uydurmalar, erməni hiyləsi, erməni siyasətinin yalan üstündə qurulan siyasətinin apardığı fəaliyyətin nəticəsidir. Avropa Parlamentinin deputatları özləri düşünməlidirlər ki, ciddi məsələlərə belə qeyri-ciddi yanaşırlar və belə qərarlar çıxardırlar. Amma bunu ciddi bir məsələ kimi qəbul etmirəm. Çünki bu, həqiqətdən tamamilə uzaqdır”.
"Rəsmi Türkiyə özü erməni ağlı ilə oturub-durursa, biz hansı fədakarlığı edə bilərik?”
Millət vəkili Fazil Mustafa deyib ki, qərarı qəbul edən avropalı axmaqlar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin alacağı qərar çox daşları yerinə oturda bilər:
"Ancaq Türkiyənin sağlam və rasional qərar alacağını gözləmək bir qədər çətindir. O vəziyyətə gəlib çıxmışıq ki, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirirəm, sonra rəsmi şəxslərin, partiya liderlərinin açıqlamalarına baxıram. Hər dəfə deyirik ki, Azərbaycan bu mövzuda Türkiyəyə dəstək verməlidir, indi rəsmi Türkiyə özü erməni ağlı ilə oturub-durursa, biz hansı fədakarlığı edə bilərik? Türkiyədəki yönətici qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz, hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi birinci addım kimi, başlayın addım-addım qeyri-qanuni miqrasiya etmiş erməniləri ölkədən çıxartmağa. Xocalı hadisələrinə "qətliam” deyib aradan çıxmayın, birbaşa Parlamentdə SOYQIRIM kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və s. Biz də bu addımları, siyasəti cani-könüldən dəstəkləyək”.
İsmayıl