Avropada ilk dəfə sınandı!

Ana körpəsini iki əliylə tutaraq qarınından özü çəkib çıxardı




Almaniyanın "Bil” qəzetinin internet səhifəsində yer verdiyi xəbərə görə, Hannover yaxınlığında olan Bad Oeynhausen qəsəbəsindəki klinikada yeni bir doğuş üsulu sınandı.

Xəbərdə, doğuş üsulunun ilk dəfə Avstraliyada reallaşdırıldığı və Bad Oeynhausen Qadın Doğum klinikasının baş həkimi dr. Manfred Schmittin də, bunu Almaniyaya daşıya bilmək üçün uzun müddətdir plan hazırladığı qeyd edildi. Klinikaya doğuş vaxtı gələn 30 yaşlı alman ana Oxana Kaiser, dr. Manfred Schmitt və qrupunun köməkçi olduğu qeysəriyyə əməliyyatı ilə körpəsini qarınından çəkib çıxarması kameralarla göstərildi. İlk uşağını qeysəriyyə ilə, digər üçünü də normal doğuşla dünyaya gətirən ana Oxana Kaiser, Almaniyada ilk dəfə sınanan üsulla 4.100 qr. və 57 sm boyuda bir oğlan dünyaya gətirdi. Doğuş üçün aşağı hissəsi narkozla keyidilən ana, dr. Manfred Schmitt və qrupunun nəzarətində, müvəffəqiyyətlə körpəsini iki əliylə tutaraq qarınından çəkib çıxardı. Alman mətbuatına əsl xəbər olan doğuşun, yarım saatlıq bir zaman içrəisində reallaşdırıldığı və ana və körpəsinin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu qeyd edildi.