Avtobusun vurduğu azyaşlı qız öldü




Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi "PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.