Avtomobillər bahalaşıb





" "Xəzər” avtomobilləri maşın bazarına təsir göstərsə, qiymətlər ciddi şəkildə enəcək”.

Bu sözləri "Sherg.az”a avtomobil bazardakı son vəziyyəti dəyərləndirərkən nəqliyyat eksperti Elməddin Muradlı söyləyib.

Onun qənaətincə, hazırda maşın bazarında qiymət artımı müşahidə olunur:

"Son zamanlar bazarda avtomobillərə tələbatın artması, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi və xaici ölkədən yeni maşınların idxal edilməsi qiymətlərə öz təsirlərini göstərdi. Artıq Azərbaycanın öz məhsulları olan "Xəzər” avtomobilləri də bazarda görünməyə başlayıb. Onların da satışa çıxarılması qiymət artımının qarşısını alır. Hələ ki, bu avtomobillərin satışı yaxşı getmir. Çünki insanlar onun kefiyyətinə bələd deyil. Bunun səbəbi də həmin avtomobillərin kütləvi şəkildə sosial media və televizyada reklamının aparılmaması ilə bağlıdır. 

Əgər "Xəzər” avtomobilləri öz təbliğatını, reklamını aparmasa, "NAZ-Lifan”avtomabilləri kimi batmaq təhlükəsi ilə üzləşəcək. Dünyada öz sözünü demiş "Mercedes”, "Audi”, "Chevrolet”, "Folkswagen” kimi brend avtomobillər reklama daha çox vəsait ayırırlar. Beləliklə də öz təbliğatlarını aparmaqla satışlarını gərçəkləşdirirlər. Məncə, biz də onların təcrübələrindən istifadə etməliyik. "NAZ-Lifan” avtomobilləri bazara daxil olanda reklama əhəmiyyət vermədi. Bununla bütün işlərin yaxşı olacağını ümid etsələr də, vəziyyət heç də gözlənilən kimi olmadı. Amma son vaxtlar "Xəzər” avtomobillərini yollarda görürük. 

Onlar da reklama üstünlük vermirlər. "Xəzər” avtomobilləri bazarda yer alsa, maşınların qiymətində müəyyən azalmalar olar. Həmçinin hazırda alınan avtomobillərin əksəryəti taksi fəaliyyətində istifadə olunurlar. Əsasən ekanomlu avtomobillərə daha çox tələbat var. Bizim "Xəzər” avtomobilləri də bu kimi standartlara cavab verir. Onlar reklamlarını da yaxşı aparsalar, bazarda müəyyən kütləni ələ ala biləcəklər”.

Kənan Eynuroğlu