AXC-nin 100 illinə dair ƏSƏR çap olunacaq” - Tarixçi alim
09:27 16.03.2018
Arxiv
1585
Boran Əzizli:"Dövlətin gücü tək ordunun sayı, hərbi texnikanın müasirliyində deyil. Bununla bərabər, xalqın, insanların şüur səviyyəsinin yüksəkliyi, yaşadıqları dövlətə bağlılığı, bu dövlətlə fəxr etməsi də vacib
"Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin qeyd olunmasına dair sərəncamın verilməsi insanlarda AXC-nin təsadüfən yaranmadığı, aparılan ağır, şərəfli mübarizədən sonra ərsəyə gəldiyi fikrini gücləndirdi”.
Bu barədə "Sherg.az”a "Cümhuriyyət ili” çərçivəsində görülən tədbirlərdən danışarkən tarixçi alim Boran Əzizli bildirib.
Onun sözlərinə görə, bu il görüləcək tədbirlər insanlarda vətənpərvərlik hisslərinin yüksəldilməsinə, gənclərin bu ruhda tərbiyə olunmasına böyük köməklik göstərə bilər:
"Dövlətin gücü tək ordunun sayı, hərbi texnikanın müasirliyində deyil. Bununla bərabər, xalqın, insanların şüur səviyyəsinin yüksəkliyi, yaşadıqları dövlətə bağlılığı, bu dövlətlə fəxr etməsi də vacibdir. Belə situasiya dövlətin gücünü dəfələrlə artırmış olar. Ona görə, insanlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə bu fərman köməklik göstərəcək.
Cümhuriyyətin 100 illiyinin layiqincə qeyd edilməsi üçün əlimizdən gələn köməkliyi göstərməliyik. Görülən işlərə kölgə sala bilmərik, amma görməli işlərimiz hələ də çoxdur. Cümhuriyyət liderlərinin qəbirlərinin Azərbaycana gətirilməsini arzu edərdik. Həmçinin, bu şəxsiyyətlər üçün fəxri məkan salınsın, insanların ziyarət edəcəyi Cümhuriyyət parkı olsun.
BDU-da, digər ali təhsil müəssisələrində, idarə və təşkilatlarda Cümhuriyyətin tarixi ilə bağlı konfranslar keçirilir, məqalələr yazılır. 100 illiklə bağlı hazırladığımız əsər də yaxın vaxtlarda çap olunacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya