İnsanlar biri-birindən uzaqlaşır, biri-birinin dərdini, problemini bilmir, kömək etmirlər. Çünki çox zaman biz nəinki yaxın qohumumuzdan, dostumuzdan, bəzən hətta ailə üzvlərimizdən də xəbərsiz oluruq
Ayaqyolunda yaşayan ailəni həyatın dibindən çıxarmaq lazımdır
08:09 08.02.2019
Arxiv
513
"... Demirik ki, ailəyə bahalı mənzil, müasir yaşayış komplekslərindən birində ev versinlər"
İnsanlar biri-birindən uzaqlaşır, biri-birinin dərdini, problemini bilmir, kömək etmirlər. Çünki çox zaman biz nəinki yaxın qohumumuzdan, dostumuzdan, bəzən hətta ailə üzvlərimizdən də xəbərsiz oluruq
İnsanlar biri-birindən uzaqlaşır, biri-birinin dərdini, problemini bilmir, kömək etmirlər. Çünki çox zaman biz nəinki yaxın qohumumuzdan, dostumuzdan, bəzən hətta ailə üzvlərimizdən də xəbərsiz oluruq
Paytaxtda ayaqyolundan mənzil əvəzi istifadə edən ailə var. «Ayaqyolu mənzil» Nəsimi rayonu, Abbas Səhhət küçəsindədir. Eni ilə uzunu cəmi 2 metr olan yerdə ana 2 azyaşlı körpəsi ilə «yaşayır». Ana – Fəridə Məhərrəmova KİV-ə açıqlamasında deyib ki, hazırda ömür sürdükləri yer əvvəllər ayaqyolu kimi istifadə edilib. Yaşamağa yerləri olmadığından ailə buranı mənzilə «çevirib». Görəsən, ölkədə bu ailəyə, 2 körpəyə kömək edəcək, onları həyatın dibindən əl uzadıb çıxaracaq bir insan yoxdurmu?
Bir ailənin faciəsinə ürək yanğısı ilə yanaşan sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında xeyriyyəçiliyin artıq unudulduğunu söylədi:
- Azərbaycan həm də xeyriyyəçiləri ilə tanınırdı. İnsanların biri-birinə kömək etməsi, əl uzatması, yardım etməsi ən gözəl keyfiyyətdir. Lakin təəssüf ki, son zamanlar biz bu cür xeyirxah əməlləri müşahidə etmirik. Hərdən efirlərdə belə hallar yaşanır. O da daha çox reklam olunmaq, tanınmaq məqsədilə. Əsas insanlara qəlbən, ürəkdən yardım etmək, köməksizə arxa, dayaq durmaqdır. Təəccüb edirəm ki, yəni, ölkədə bir ailəyə kiçik bir mənzil hədiyyə etmək gücündə olan bir insan tapılmır. Bəs, dövlət orqanları, icra hakimiyyəti bu ailəni normal mənzillə təmin etmək gücündə deyil? Demirik ki, ailəyə bahalı mənzil, müasir yaşayış komplekslərindən birində ev versinlər. Əslində heç bu da çətin iş deyil. İcra hakimiyyətlərinə dövlət vəsaiti ayrılır. Bu vəsaitdən bir ailənin xoşbəxtliyi üçün ayırmaq yəni bu qədər çətindir, mümkünsüzdür?!
Hesab edirəm ki, Nəsimi Rayon İcra Hakimiyyəti bu məsələ ilə məşğul olmalıdır. Lap o ailənin hansısa sənəd problemi varsa da, qanunamüvafiq qaydada onları mənzillə təmin etmək olar.
Sosioloq qeyd etdi ki, xeyriyyə aksiyalarının keçirilməsi həmişə cəmiyyətdə müsbət qarşılanır və bu, cəmiyyətdə birliyi, vəhdəti təmin edir:
- Xarici ölkələrdəki təcrübələrə baxsaq, xeyriyyə aksiyaları müxtəlif vaxtlarda keçirilir. Elə ölkələr var, orada evi olmayan, küçədə qalan insanlara yardım edilir, onlar üçün çadırlar, sosial mənzillər tikilir, isti yeməklə təmin edilirlər.
Bayramlarda, hansısa əlamətdar günlərdə. Hətta iri supermarketlər, holdinqlər bəzən ildə bir-iki dəfə, ya da Milad bayramı ərəfəsində belə sosial aksiyalar keçirir, artıq gəlirlərini vətəndaşlara hədiyyə formasında təqdim edirlər. Marketlər ilk açılış günlərində, əlamətdar tarixlərdə müəyyən ərzaq mallarının pulsuz satışını təşkil edirlər. Bu cür aksiyalar yardımlaşmanı sosial dəyərə çevirmək məsqədi daşıyır və çox da müsbət nəticələri olur. İnsanlar arasında səmimiyyət yaradır, mehribanlıq, şəfqət, sevgi hisslərini gücləndirir.
Biz son illər insanların aqressivləşməsindən, zorakılığın, cinayətkarlığın artmasından danışırıq. Zorakılıq 21-ci əsrin bəlasına çevrilib. Bu həm də ona görə belədir ki, insanlıq itir getdikcə. İnsanlar biri-birindən uzaqlaşır, biri-birinin dərdini, problemini bilmir, kömək etmirlər. Çünki çox zaman biz nəinki yaxın qohumumuzdan, dostumuzdan, bəzən hətta ailə üzvlərimizdən də xəbərsiz oluruq. Kimin nə problemi var, bilmirik. Bu, insanları biri-birindən ayrı salır, insanlar arasında sədlər yaradır. Ancaq hansısa xeyriyyə aksiyası insanda belə fikir formalaşdırır ki, yaxşı adamlar var, kiməsə kömək edirlər. İnsan belədə özünü tənha hiss etmir. Çətinə, dara düşərsə, kiminsə ona əl uzadacağına ümid edir. Unutmayaq ki, aztəminatlı ailələrin sosial yardımlara, xeyriyyəçiliyə böyük ehtiyacı var.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya