"AYB qərar layihəsi hazırlayıb, Milli Məclisə təqdim etsin !"
15:34 15.03.2018
Arxiv
3567
Tahir Kərimli:"Bu layihədə ədəbiyyatımızı, mənəviyyatımızı kökündən baltalamaq faktları qəti pislənilsin"
"Nə qədər ağrılı olsa da, deməliyik ki, tək ədəbiyyatda deyil, digər sahələrdə də tərbiyəsizlər meydan oxuyurlar”.
Bunu "Shegr.az”a gənc yazarların Azərbaycan xalqının dəyərinə çevrilmiş böyük ədibləri təhqir etməsindən danışarkən millət vəkili Tahir Kərimli deyib.
O diqqətə çatdırıb ki, meyarlar gözlənilmir:
"İctimai-siyasi həyatın bütün sahələrində tənqidlərlə bərabər təhqirlər mövcuddur. Bunu edənləri iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya, nadanlardır, arqumentləri, savadları, analitik qabiliyyətləri yoxdur. İkincilər isə, romantik janrlar yaradırlar, hər şeyi inkar edirlər, guya dahidirlər.
Sovet dövründə hətta güllələnən şəxslərin içərisində belə, Sovet İttifaqına, Kommunist partiyasına mərsiyələr yazmayan yox idi. Şəxsən mən, bu gün də daxilən kommunistəm. Müəyyən qədər sosial ədalət prinsiplərinə inanıram. Əgər Rəsul Rza, Səməd Vurğun partiyaya inanıb, təriflər yazıblarsa, bu inancdan, əqidədən irəli gəlirsə, təhqir etmək düzgün deyil. Ədəbiyyatçılar inanıblar, insanlara daha yaxşı şərait yaradılacağını düşünüb, əsərlərini bu istiqamətdə yaradıblar".
Tənqid olunan şəxsiyyətlərin hamısının ədəbiyyatda böyük iz qoyduğunu vurğulayan deputat qeyd edib ki, Mirzə Ələkbər Sabir inqilabın, romantikanın, Səməd Vurğun müasir ədəbi dilimizin, danışıq dilinin formalaşdırılmasının əsasını qoyub:
"Mikayıl Müşfiq də qısa ömründə gözəl əsərlər yaradıb. İnsanlar Səməd Vurğun kimi şairlərin şeirləri ilə öz ana dilini öyrənib, vətəni seviblər. Səməd Vurğun siyasətçi olardısa, tənqidlər səsləndirərdilər, amma o ədib idi. Səməd Vurğunun əsərlərinə, yaradıcılığına qiymət vermək lazımdır.
Sovet dövrünə nə qədər nifrət edirsən et, "Yeddi oğul istərəm” filmini kim sevməz. Məsələn, Anar 60-cı illərin triadasının görkəmli nümayəndələrindən biridir. Onu necə təhqir etmək olar? Anarın atası Rəsul Rza "fortuşka” sözünün Azərbaycan dilində qarşılığı olmayan zamanda "nəfəslik” sözünü dilimizə gətirib. Təəssüf edirəm ki, böyük şəxsiyyətləri təhqir etməklə bilərəkdən və ya bilməyərəkdən, Azərbaycanın müqəddəs dəyərlərini əlindən alırlar.
Məsələn, Cəfər Cabbarlının əsərlərindəki personajlardan onlarla qız-oğlan adları həyatımıza daxil olub. Müasir yazarlar ümumiyyətlə, kimi bəyənir, nəyi bəyənir? Onların əsərlərini belə oxumaq olmur, nə yazıblar? Yazılarında qarmaqarışıqlıq, ideyasızlıq, məntiqsizlik baş alıb”.
Şəxsiyyətlərimizin təhqir edilməsinin hüquqi cəhətdən cəzalandırılmasına gəlincə, T. Kərimli diqqətə çatdırıb ki, belə mexanizm yoxdur:
"Vaxtilə Stalini təhqir ediblər. Bununla əlaqədar bir qrup şəxs məhkəməyə müraciət edib ki, inandığımız adamı təhqir ediblər. Bu mənada onlar müəyyən hüquqi addımların atılmasını istəyiblər. Məhkəmə isə bu iddianı rədd etdi. Çünki mənəvi dəyərlərin təhqir olunması ilə bağlı ancaq şəxs özü iddia qaldıra bilər. Qanunvericilik bunu tələb edir.
Düşünürəm ki, Milli Məclis səviyyəsində də, digər orqanlarda da bu müzakirə olunmalıdır. Qınağa ehtiyac varsa, Azərbaycan Yazıçılar Birliyi (AYB), görkəmli ədəbiyyatşünaslar qərar layihəsi hazırlayıb, Milli Məclisə təqdim etsin. Bu layihədə ədəbiyyatımızı, mənəviyyatımızı kökündən baltalamaq faktları qəti pislənilsin. Onların cəzalandırılması hallarının nə dərəcədə real olub-olmamasını deyə bilmərəm. Heç olmasa cəmiyyət olaraq, cəzalandıra bilərik. Məsələn, o adamlar təcrid olunsunlar, özünü reklam etmək xatirinə şəxsiyyətlərimizi təhqir etməsinlər.
Anlamaq lazımdır ki, o dövrdə bizi xalq olaraq yaşadan şairlərimiz olub. Xəqanidən, Nizamidən tutmuş indiyə kimi şairlərimizlə, yazıçılarımızla fəxr etmişik. Aşıqlar əynindən hərbi paltarı çıxarmayıblar. Ona görə, bugünkü gündə dəyələrimizi yaşadan insanlara həqarət edənləri cəzalandırmaq lazımdır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə