Ayıq olmalıyıq, Elçibəyə böhtan təsadüfi deyil
20:28 21.06.2016
Arxiv
575
Hücumun bir ucu Kremldə, bir ucu Tehranda, digər tərəfi isə Qərb dairələrindədir
Türkiyənin "Hurriyet.com” saytında indiyədək dövlət sirri kimi qorunmuş bir sıra fakt açıqlanıb. Bunlardan biri də Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlıdır. Hulusi Turqutun müəllifi olduğu yazıda 1992-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan prezidenti ilə bağlı həyəcan yaşandığı bildirilir.
Yazıda qeyd olunur ki, Elçibəy zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə 1992-ci il iyunun 24-də gəlib. O, İstanbulun Atatürk hava limanında təyyarədən düşən kimi torpağı öpüb və "Ana vətənimiz” deyərək Türkiyədə olmaqdan böyük xoşbəxtlik duyduğunu ifadə edib. Daha sonra eks-prezident Çırağan sarayında onun üçün ayrılmış iqamətgaha yollanıb. Səhərisi gün xarici qonaqlar toplantının keçiriləcəyi Çırağan sarayına gəlməyə başlayıblar. İddiaya görə, bütün qonaqlar saraya daxil olsalar da, Əbülfəz Elçibəy gəlməyib. Mühafizəçilər Çırağan sarayını ələk-vələk etsələr də, "yoxa çıxmış” Elçibəy tapılmayıb. Deyilənə görə, eks-prezidentin harada olduğunu azərbaycanlı nümayəndə heyəti də bilməyib. Uzun axtarışdan sonra mərhum dövlət başçısını Anadolu ətəyində bir taksidə tapıblar. O, Topqapı sarayını seyr etmək üçün bura gəldiyini deyib. Hadisənin necə baş verdiyini, ümumiyyətlə belə bir olayın yaşanıb-yaşanmadığını öyrənmək üçün Elçibəyə yaxın şəxslərdən olan, AXC zamanı hakimiyyətdə təmsil olunmuş Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. Z.Məmmədli belə bir hadisənin baş vermədiyini, söhbətin bilərəkdən ortaya atıldığını dedi: "Cəmiyyətdə Əbülfəz Elçibəyi dövlət adamı olmamaqda suçlamaq, prezidentliyə layiq olmadığını iddia etmək, diplomatik qaydaları bilməməkdə və təsadüfən hakimiyyətə gəlməkdə ittiham etmək meyilləri hər zaman olub. Fikrimcə, bunların hamısı qara piardır və "beşinci kolon”un, o cümlədən, Türkiyədəki kommunist təmayüllü PKK və PYD düşərgəsinin, erməni lobbisinin apardığı siyasətdir. Elçibəy Məhəmməd Əmin Rəsulzadədən sonra Azərbaycanın başına gəlmiş ikinci millətçi şəxsdir. O, Rəsulzadənin başlatdığı islahatları XXI əsrə uyğun olaraq davam etdirib və bu coğrafiyada müsəlman-türk, demokratik dövlətin əsasını qoyub. Eyni zamanda təhsil və səhiyyə sahəsində, iqtisadiyyatda, liberallaşmada cəsarətli addımlar atıb. Elçibəy əsl dövlət adamı olduğunu və millətin qayğısına qaldığını sübuta yetirib. Birmənalı şəkildə "Azərbaycan ərazisində yad qoşun ola bilməz, bu, işğaldır” deyərək prinsipial mövqe ortaya qoyub və rus ordusunu ölkəmizdən çıxarıb. Elçibəy beynəlxalq aləmdə qısa zaman ərzində kifayət qədər imic qazana bilib. O vaxtkı dünya liderlərinin onun haqqında səsləndirdiyi ifadələrə baxmaq yetərlidir ki, Elçibəyin nə dərəcədə yüksək intellektə sahib olduğunu və milli iradəni necə təmsil etdiyini biləsən”. Z.Məmmədlinin sözlərinə görə, son zamanlar Əbülfəz Elçibəyə və onun silahdaşlarına qarşı total basqı var: "Bunun bir ucu Kremldə, bir ucu Tehranda, digər tərəfi isə Qərb dairələrindədir. Məqsəd isə eynidir. Onlar Elçibəyi kiçiltmək, adiləşdirmək istəyirlər və onu protokolları saymamaqda suçlayırlar. Bunların hamısı absurddur. Təkcə Elçibəyin və onun komandasının bir üzvü olmuş Zəlimxan Məmmədlinin deyil, bütövlükdə Azərbaycan xalqının heysiyyətinə toxunan bir məsələdir, səsimizə, sözümüzə təcavüzdür. Ona görə də ayıq olmalıyıq. Türkiyə çoxşaxəli və kifayət qədər problemləri olan bir dövlətdir. Qardaş ölkədə demokratiya inkişaf etdiyi üçün fərqli qüvvələr, sağçılarla solçular bir-biri ilə açıq mübarizə aparırlar. Hesab edirəm ki, Əbülfəz Elçibəy haqqında ortaya atılmış fikirlər PKK və PYD kimi türk dünyasını parçalamaq niyyətində olan qüvvələr tərəfindən gündəmə gətirilib. Keçmiş dövlət başçısını belə bir şeydə ittiham etmək ayıbdır. Axı Elçibəy Türkiyəyə turist kimi getməmişdi ki, heç kimə məlumat vermədən taksiylə harasa getsin. Tamamilə yanlış məlumatlardır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
17:02 31.10.2026
Gündəm
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya