Ayxan 7:4 hesabı ilə rəqibə qalib gələrək yarımfinala vəsiqə qazanıb





Taekvando yarışlarının ikinci günündə kişi təmsilçimiz Ayxan Tağızadə sloveniyalı həmyaşıdı Pantar Jureni 11:3 hesab ilə məğlub etməyi bacarıb. Atletimiz növbəti mərhələdə London Olimpiya Oyunlarının qalibi, Avropa və Dünya çempionu Joel Qonzalezlə qarşılaşıb. Buna baxmayaraq qarşılaşmada sevinə tərəf idmançımız olub. Ayxan 7:4 hesabı ilə rəqibə qalib gələrək 1/2 finala vəsiqə qazanıb.

Onu da qeyd edək ki, Ayxan Tağızadə taekvando məşqçisi Avaz Tağıyevin oğludur. Onun qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvando komandasının keçmiş üzvüdür. Onun atası Azərbaycanın Para-Taekvando üzrə Milli komandasının baş məşqçisidir.
 
Vüqar