Ayxan Tağızadə adını 1/4 finala yazdırıb



"Bakı 2015” oyunlarının taekvando yarışlarının ikinci günündə kişi təmsilçimiz Ayxan Tağızadə Slovakiyalı həmyaşıdı Pantar Jureni 11: 3 hesab ilə məğlub edərək adını 1/4 finala yazdırıb. Onun növbəti mərhələdəki rəqibi London Olimpiya Oyunlarının qalibi, Avropa və Dünya çempionu Joel Bonilla Qonzalez olacaq.
Oyundan sonra "sherg.az”ın Kristal Zala ezam olunmuş əməkdaşı Ayxanın fikirlərini öyrənib. O, bildrib ki, növbəti oyun çətin olacaq: " İspaniyalı rəqbim güclü idmançıdır. Lakin öz vətənimdə yarışım azarkeşlərin dəstəyi ilə inşallah, qalib gələrək finala çıxaram”.
İdmançımız 1/2 final mərhələsində Rusiyalı həmkarı ilə qarşılaşacağı təqdirdə bunu revanş olaraq görür: "Çünki həmin idmançıya  medal döyüşündə məğlub olmuşam”.

Vüqar