Ayxan Tağızadə rusiyalı taekvondoçunu final mərhələsindən mərhum edib






Taekvando yarışlarının ikinci günündə kişi təmsilçimiz Ayxan Tağızadə sloveniyalı həmyaşıdı Pantar Jureni 11:3 hesab ilə məğlub etməyi bacarıb. Atletimiz növbəti mərhələdə London Olimpiya Oyunlarının qalibi, Avropa və Dünya çempionu Joel Qonzalezlə qarşılaşıb. Buna baxmayaraq qarşılaşmada sevinən tərəf idmançımız olub. Ayxan 7:4 hesabı ilə rəqibə qalib gələrək 1/2 finala vəsiqə qazanıb.

17:28

İdmançımız yarımfinalda isə London Olimpiya Oyunlarının bürünc mükafatçısı rusiyalı Aleksey Denisenko ilə üz-üzə gəlib. Ölkə prezidenti İlham Əliyevin də izlədiyi görüşdə taekvondoçumuz 6 dəqiqə ərzində 7:5 hesabı ilə qalib gələrək, rəqibini final mərhələsindən mərhum edib.
Onun finaldakı rəqibi isə Polşa-Moldova cütlüyünün qalibi olacaq.

Vüqar