Azarkeşi vuran ulduz futbolçu komandadan qovuldu - YENİLƏNİB
05:53 04.11.2017
Arxiv
630
Fransanın "Marsel” klubunun müdafiəçisi Patris Evra azarkeşi vurduğuna görə komandadan kənarlaşdırıb.
APA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib.
"Klubun prezidenti Jak-Anri Eyro futbolçu ilə görüşərək onun komandadan kənarlaşdırıldığını elan edib. Həmçinin onun inzibati qaydada cəzalandırılması mümkündür”, məlumatda qeyd olunub.
Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın "Vitoriya” klubu ilə matçdan əvvəl 36 yaşlı futbolçu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə Evra azarkeşlərdən birinin başına ayaqla zərbə endirib. Oyunun hakimi Evraya matç başlamamış qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Patris Evra "Mançester Yunayted” klubunun heyətində beşqat İngiltərə çempionu, 3 qat İngiltərə Kubokunun qalibi, 2007/2008-ci il mövsümündə Çempionlar Liqasının qalibi olub. 2014-2016-cı illərdə isə "Yuventus”un heyətində ikiqat İtaliya çempionu olub.
***
"Marsel”in müdafiəçisi Patris Evranı ciddi cəza gözləyir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb veteran futbolçunun Avropa Liqasının qrup mərhələsində "Vitoriya” ilə qarşılaşmada azarkeşi vurmasıdır.
Belə ki, Portuqaliyada baş tutan matçdan əvvəl 36 yaşlı cinah oyunçusu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə əsəblərinə hakim ola bilməyən Evra ayağı ilə bir azarkeşin başına zərbə vurub. Bunu diqqətdən qaçırmayan baş hakim Evraya qırmızı vərəqə göstərib. Nəticədə ehtiyatda oturmalı olan fransalı tribunaya göndərilib.
Məsələ ilə bağlı araşdırmaya başlayan UEFA-nın İntizam Komitəsi noyabrın 10-da qərarını açıqlayacaq. Qitə futbol qurumunun onu ən azı 5 oyunluq diskvalifikasiya etməsi gözlənilir.
Qeyd edək ki, "Gimaraeş” – "Marsel” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət