Azərbaycan 140 ölkə arasında 15-ci oldu
14:58 19.10.2018
Arxiv
397
Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı - 2018”də 140 ölkə arasında rəqəmsal bacarıqlar üzrə 15-ci yeri tutub.
Təhsil Nazirliyindən "Sherg.az"a verilən məlumatına görə, hesabatda ölkəmiz 140 ölkə arasında "rəqəmsal bacarıqlar” alt-indikatoru üzrə 15-ci, "orta təhsil illəri” alt-indikatoru üzrə 50-ci, "kadr hazırlığının yaxşılaşdırılması” alt-indikatoru üzrə 56-cı, "məzunların bacarıqları” alt-indikatoru üzrə 32-ci, "ixtisaslı işçilərə asan əlçatanlılıq” alt-indikatoruna görə 31-ci, "ibtidai təhsildə şagird-müəllim nisbəti” alt-indikatoru üzrə isə 48-ci, "tədrisdə tənqidi düşüncə” alt-indikatoru üzrə isə 27-ci yerdə qərarlaşıb.
Hesabatın "bacarıqlar” indikatoruna bu il daxil edilən peşə təhsilinin keyfiyyəti alt-indikatoru üzrə Azərbaycan dünyanın 140 ölkəsi arasında 49-cu yeri tutub.
Hesabatda peşə təhsilinin keyfiyyəti üzrə Rusiya 67-ci, Ermənistan 85-ci, Qazaxıstan 92-ci, Gürcüstan 131-ci, Türkiyə isə 132-ci yerdə qərarlaşıb. Bu, son illərdə təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində aparılan uğurlu işlərin beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənən statistik göstəricisidir.
Xatırladaq ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı - 2018” yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Əvvəlki illərdən fərqli olaraq, hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun (infrastruktur, İKT, makroiqtisadi sabitlik, sağlamlıq, bacarıqlar, əmək bazarı, əmtəə bazarı, maliyyə sistemi, biznesin dinamikliyi, innovasiya və s.) 70 faizi tamamilə yenidir.
Ölkəmiz hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla, 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz