“Azərbaycan-2020: Vergi birinciliyi” layihəsi başa çatıb




Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən "Azərbaycan-2020: Vergi birinciliyi” layihəsi başa çatıb.

"Sherg.az” xəbər verir ki, layihə müsabiqə formatında keçirilib, və 4 mərhələdən ibarət olub. Seçim, təlim və müsabiqə mərhələlərində iştirak etmiş layihə iştirakçıları bağlanış mərasiminə dəvət olunublar.

Mərasimi giriş sözü ilə açan layihə rəhbəri Sənan Abdullayev layihənin təşkil edilməsinə dəstək verdiyi üçün Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib. Bundan sonra, müsabiqə mərhələsindəki nəticələrinə müvafiq olaraq, bütün iştirakçılar sertifikatlarla təltif edilib.

Qeyd edək ki, "Azərbaycan-2020: Vergi birinciliyi” layihəsinin məqsədi gənc vergi ödəyiciləri arasında geniş məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinin aparılmasıdır.

Aysel Aslan