"Azərbaycan dili" imtahanından 1242 nəfər "qeyri məqbul" alıb






Rus bölməsinin abituriyentləri üçün "Azərbaycan dili” fənnindən keçirilmiş imtahanın nəticələri elan olunub. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, nəticələrlə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
İmtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.
İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb.
Bu imtahanda "qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.