Azərbaycan günün ikinci, oyunların 5-ci QIZIL MEDALını qazandı

Karateçilərimiz günü iki qızıl medalla başa vurdu




+84 kq çəki dərəcəsindəki karateçimiz Ayxan Mamayev qızıl medal qazanıb . Lent.az-ın məlumatına görə, o, final qarşılaşmasında yunanıstanlı Georgios Tzanos Michail üz-üzə gəlib. Qarşılaşma 2-1 hesabı ilə nəticələnib.
Qeyd edək ki, Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.
Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb.